ABŞ iqtisadiyyatında may ayı ərzində daha 559000 iş yeri açılıb. Bunu Əmək Nazirliyi mayın 4-də bildirib. Hazırda ABŞ işəgötürənləri milyonlarla işçini ixtisar etməyə məcbur edən COVID-19 pandemiyasından qurtulmağa davam edir.
Aprel ayında bu göstərici 278000 idi. Beləliklə ABŞ may ayı ərzində işsizlik faizini 5.8 faizə qədər azalda bilib.
İqtisadiyyatın pandemiya səbəbindən yaranan tənəzzüldən sürətlə qurtulması işəgötürənləri yeni işçi götürmək məsələsində tələsməyə məcbur edib.
Əsasən restoranlar, digər qida müəssisələrində və barlarda qazancların artması bu sahədə 186000 yeni iş yerinin yaranmasına səbəb olub. Yeni işçilər cəlb etmək üçün Amazon, Costco və Walmart kimi bir çox iri şirkətlər maaşları artırmağa başlayıb.
Ötən ay 3 aylıq artımdan sonra iş axtaranların sayı bir qədər azalıb. Aprel ayında iş yerlərinin sayı pandemiyadan əvvəlki dövrlə müqayisədə 8 milyon az idi. Və təxminən 10 milyon insan işsiz idi.
Hazırda ABŞ iqtisadiyyatı bu ilin ilk rübündə 6,4 fazi artıb və iqtisadçılar ikinci rübdə bu artımın ən azı 9 faiz olacagını təxmin edir.
Prezident Co Bayden vətəni Delaverdən işsizlik hesabatı ilə əlaqədar açıqlamalar verib.