Accessibility links

1 May-Zəhmətkeşlər Günü münasibətilə yürüşlər təşkil edilib [Fotoqalereya]


Bu gün bir sıra dünya ölkəsində 1 May-Zəhmətkeşlər Günü münasibəti ilə yürüşlər təşkil edilib.

Türkiyənin İstanbul şəhərində polis Taksim meydanına toplaşan insanlara qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib.

Ankara və İstanbulda 50-dən çox adam polislə toqquşmalar zamanı xəsarət alıb. 140 nəfər nəzarət altındadır.

Bir il əvvəl İstanbulda 1 May nümayişi böyük bir etiraz aksiyasına çevrilmişdi.

İstanbulda ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilərək, insanların Taksimə toplaşmasına mane olunub.

Türkiyə hökuməti nümayişin keçirilməsinə təhlükəsizlik səbəbi ilə icazə verilmədiyini bildirir.

1977-ci ildə Türkiyədə naməlüm silahlı şəxslərin nümayişçiləri atəşə tutması nəticəsində 37 adam həlak olmuşdu. 100-dən artıq nümayişçi xəsarət almışdı.

2010-cu ildə hakim Ədalət və İnkişaf Partiyası (AKP) Taksimdə nümayiş keçirilməsinə icazə vermişdi.

Rusiyanın paytaxtı Moskva şəhərində zəhmətkeşlər Qızıl meydana toplaşaraq, üzərində "Ölkəmizlə fəxr edirik", "Prezidentimizə inanırıq" kimi sözlər yazılmış plakatlar qaldırıb.

Asiaya ölkələrində minlərlə işçi yürüş təşkil edərək, məvaciblərin artırılmasını tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG