Accessibility links

1 may yürüş iştirakçıları həbs edilib


İran

İranda 1 may günü nümayişlərində onlarla əmək fəalı və azı iki jurnalist saxlanıb. Tehrandan gələn məlumatlarda nümayişlərin zorakılıqda dağıdıldığı bildirilir.

Şahidlərin AzadlıqRadiosu-na dediyinə görə, azı 35 nümayişçi, əsasən də Tehran Avtobus Sürücüləri Birliyinin üzvləri parlament binası qarşısında yürüş zamanı saxlanıblar.

Etirazçılardan bəzilərinin yerlə sürüdüldüyü, döyüldüyü xəbər verilir.Sosial mediada yayılan videolarda nümayişçilərin bahalanmaya, inflyasiyanın artmasına etiraz etdiyi görünür. Etirazçılar həmçinin müstəqil əmək təşkilatlarının yaradılmasına çağırıblar.

Amnesty International hüquq-müdafiə təşkilatı mayın 1-də verdiyi bəyanatda əmək hüquqları fəallarını azadlığa buraxmağa çağırıb. Qurum hazırda İranda onlarla fəalın məhkum olunduğunu bildirib.

Vaşinqton bir il öncə İranla 2015-ci il nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu bildirib. Son bir ildə İranda iqtisadi böhran pisləşib.Rusiya və Qazaxıstanda saxlananların cəzası bəllidir.

Rusiya

Rusiyanın Sankt Peterburq şəhərində “icazəsiz” 1 may etirazının təşkilinə görə iki müxalifətçiyə 10 günlük həbs cəzası kəsilib. Müxalifət lideri Aleksey Navalnının Sankt Peterburqdakı ofisinin koordinatoru Aleksandr Şurşev və müxalifəti Açıq Rusiya vətəndaş hərəkatının rəhbəri Andrey Pivoarova qarşı hökmlər mayın 2-də çıxarılıb.

Açıq Rusiya hərəkatı “Azad Sankt Peterburq azad seçki” devizi ilə keçirilən yürüş üçün şəhər hakimiyyətindən icazə aldığını bildirir.

Etirazçılar prezident Vladimir Putini və Sankt Peterburqun qubernatoru vəzifəsini icra edən Aleksandr Beqlovun tənqid olunduğu plakatlar qaldırılan kimi nümayişçiləri həbs etməyə başlayıb. Ümumilikdə 68 nümayişçinin saxlandığı bildirilir.

Rusiyanın digər şəhərlərində 1 may yürüşlərinə çıxanlardan da saxlananlar olub.Qazaxıstanda da 1 may nümayişçilərinə cəzalar kəsilməkdədir. Vəkil Bauyrcan Azanovun AzadlıqRadiosu-na dediyinə görə, onun iki müştərisi polisin əmrinə tabe olmamaqda təqsirli bilinib və hərəsinə 5 günlük həbs kəsilib. Məhkəmə prosesləri davam edir.

Qazaxıstan

Dünən paytaxt Nursultanda yürüşə çıxan onlarla adam saxlanmışdı.

Qazaxıstanın Daxili İşlər Nazirliyi mayın 1-də Nursultan və Almatıda 80 etirazçının saxlandıını bildirib.

Almatıdakı nümayişi işıqlandıran AzadlıqRadiosu əməkdaşları isə təkcə bu şəhərdə 100-dək adamın saxlandığını xəbər verib.

1 may etirazçıları əsasən iyunun 9-na təyin olunmuş növbədənkənar prezident seçkisini tənqid ediblər.

XS
SM
MD
LG