Accessibility links

Maya Kosyançiç: Avropa İnsan Haqları Məhkəməsinin qərarları tam yerinə yetirilməlidir


Avropa İttifaqının sözçüsü Maya Kosiyançiç avqustun 14-də açıqladığı bəyanatda bildirib ki, beş ildən artıq həbsxanada saxlanmış siyasətçi İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsi tərəfindən şərti azadlığa buraxılması alqışlanmalı addımdır.

Sözçü əlavə edib ki, Avropa İttifaqı Avropa Şurası ilə birlikdə cənab Məmmədovla bağlı işi diqqətlə izləyirdi.

Ilqar Məmmədov və xanımı Vəfa Məmmədova
Ilqar Məmmədov və xanımı Vəfa Məmmədova

Maya Kosiyançiçin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi qərarlarının tam yerinə yetirilməsi hələ də gözlənir:

“Avropa İttifaqı hazırda Azərbaycanda siyasi zəmində məhbus edilmiş və hərəkətlərinə məhdudiyyət qoyulmuş bütün şəxslərin Azərbaycanın bir BMT, Avropa Şurası və ATƏT üzvü kimi öhdəliklərinə uyğun olaraq azad edilməsini və onlara bəraət verilməsini gözləyir”.

Maya Kosiyançiç bildirib ki, Avropa İttifaqı demokratiya və insan haqları ilə bağlı təməl məsələlərin həlli də daxil olmaqla Azərbaycanla dialoqu və yaxından birgə işi Azərbaycan xalqı və Aİ-Azərbaycan münasibətləri naminə davam etdirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG