Accessibility links

Mayamidəki binanın uçması nəticəsində ölənlərin sayı 10-a çatıb, 151 nəfər itkin düşüb


Mayami-Dadenin meri Daniella Levin Kava bazar ertəsi daha bir cəsədin tapıldığını bildirib. Beləliklə, ötən həftə qismən çökən 12 mərtəbəli okean sahilindəki yaşayış binasında ölənlərin sayı 10 nəfərə çatıb. 151 nəfər isə dağıntılar altında itkin düşüb.

Levin Kava ölənlərin sayını hadisə yerinə yaxın media brifinqi zamanı açıqlayıb. Xilasetmə rəsmiləri axtarış qruplarının qalıqlar və ya sağ qalanları axtarmaq üçün "təxirə salma" prosesi adlandırdıqları dağıntıları götürdükləri üçün cəsədin aşkar edildiyini deyib. Şəhər meri rəqəmlərin “çox qeyri-sabit” olduğunu və dəyişməsinin gözlənildiyini vurğulayıb.

Prosesin niyə bu qədər yavaş getdiyini soruşduqda, Mayami-Dade Yanğın Xilasetmə komandasının köməkçisi Rey Cadalla dağıntıda axtarışın sadəcə böyük plitələrin hərəkət etməsi ilə deyil, toz halındakı betondan keçməklə əlaqəli olduğunu deyib. O, axtarışların böyük bir hissəsinin əllə aparıldığını və hər dəfə material köçürüldükdə digər materialların öz yerinə düşdüyünü bildirib.

Cadalla əməliyyat xilasetmə işçisinin bazar günü dağıntılar içərisindəki yeddi metrlik dərinliyə yıxıldığını söyləyərək prosesin daha təhlükəli olduğunu qeyd edib. Heyətlər artıq ardıcıl 100 saatdan çoxdur ərazidədir.

Mer axtarış prosesinin sürətinin itkin ailələrdən aldığı əsas sual olduğunu deyib. O, prosesi izləmək üçün ailə üzvlərinin və yaxınlarının hadisə yerinə gətirildiyini bildirib. İşçilər Çampleyn Tovers kompleksinin cənub binasında sağ qalanları tapmaq üçün xilasetmə itləri və hidrolokatorlardan istifadə etməyə davam ediblər.

Yayımlanan hesabatlarda binanın struktur bütövlüyü ilə bağlı çökmədən çox əvvəl xəbərdarlıq edildiyi bildirilir. Yerli, ştat və federal rəsmilər brifinqdə binanın struktur çatışmazlığının səbəbi ilə əlaqədar hərtərəfli bir araşdırma vəd ediblər.

Təxminən 55 mənzildən ibarət olan binanın bir hissəsi cümə axşamı Mayami çimərliyi yaxınlığındakı Sörfsayd çimərlik şəhərində səhər saatlarında çökmüşdü.

XS
SM
MD
LG