Accessibility links

Mayamidə komendant saatı tətbiq edilir


Florida ştatının məşhur Cənub Çimərliyi yeni imic axtarır.

Bu ilin yaz tətili mövsümündə artıq 1000-dən çox həbs və 100-ə yaxın silah müsadirəsindən sonra rəsmilər nəhayət qanun pozuntularına səbəb olan gecə yığıncaqlarına son vermək vaxtının gəldiyini düşünürlər.

Bu addım çimərliklərdə alkoqollu içkilərin qadağasi, konsertlər və yemək festivallarının ləğvi kimi bir sır tədbirlərdən sonra şəhərdə nəzarətdən kənara çıxan gecə əyləncələrinin qarşısının alına bilməməsindən sonra atılıb.

Təkcə keçən həftə sonu pandemiyadan yorulan minlərlə turistin toplaşdığı Floridanın məşhur Ocean Drive sahilində küçə davaları, restoranlarda dağıntılar və təhlükəyə səbəb olan bir neçə hadisə baş verib. Vəziyyət o qədər nəzarətdən çıxıb ki, Miami Beach Polisi kütləni dağıtmaq üçün bibər qazından istifadə etməli və SWAT qruplarını gətirməli olub. Polis idarəsi azı dörd qurumun hüquq-mühafizə orqanlarının işçilərini yardıma çağırıb.

Nəticədə şəhər rəsmiləri axşam saat 8-dən səhərə qədər komendant saatı tətbiq etmək qərarına gəlib və belə görünür, bu, yaz tətili mövsümünün aprel ayında bitməsinə qədər davam edəcək.

"Əlbəttə ki, biz insanların gəlib burada əylənməsini istəyirik. Bura gecə həyatı şəhəridir. Biz irqindən, mənsubiyyətindən, cinsi oriyentasiyadan asılı olmayaraq, bütün insanları istəyirik. Lakin biz insanların buraya gələrək, dava etməsinə, küçəyə çıxaraq havaya atəş açmasına yol verə bilmərik" - deyə, Маyami Biç polis idarəsinin komissarı Riki Ariola bildirib.

Uzun müddətdir gözlədikləri tətilə böyük miqdarda pul xərclədiklərini deyən bəzi turistlər komendant saatına görə narazılığını bildirir. Bu arada, bəzi rəsmilər xaosun ortasında reaksiya vermək əvəzinə, keçən ay Yeni Orleanda Mardi Gras zamanı olduğu kimi daha sərt tədbirləri əvvəlcədən görməli olduqlarını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG