Accessibility links

Dünyanın axırı gəlir? [Video]


21 Dekabr - Qiyamət günü?
please wait

No media source currently available

0:00 0:02:50 0:00
​5125 il bundan əvvəl tərtib edilmiş Maya təqviminə görə, dekabr ayının 21-i dünyanın axırının çatdığı haqda xəbərlər İnternetdə geniş yayılıb. Lakin arxeoloqlar israr edirlər ki, mayalılar dünyanın axırı barədə heç nə deməyiblər.

Pennsilvaniya ştatındakı Arxeologiya muzeyində "Maya - 2012" adlı fantastik sərgi dünyanın dramatik axırını nümayiş etdirir. Bu qalereyadakı eksponatların çoxu muzey tərəfindən aparılan qazıntılar nəticəsində götürülüb.

Loa Traksler muzeyin kuratoru və Maya sivilizasiyası üzrə mütəxəssisdir. O, deyir ki, zəlzələlər, daşqınlar və digər təbii fəlakətlər baş verə bilər, lakin o, “qədim Maya təqvimində proqnozlaşdırılan fəlakətlərin dekabr ayının 21-nə dəxli yoxdur.” - deyə, bildirir.

Traksler deyir ki, bu proqnozlar müasir insanların qiyamət gününə hədsiz marağından qaynaqlanır. “Blogerlər və müəlliflər dünyanın sonu, təbii fəlakətlərin baş verəcəyini qabaqcadan deyən ispanların işğalından əvvəlki Maya xalqının qədim hikmətini və müqəddəsliyini çatdırmaq istəyirlər. Lakin bu deyilənlərin heç birinin Maya təqvimi ilə əlaqəsi yoxdur.”

O, mayalıların rəqəmlərə məna verməyi sevdiklərini deyir. “Onlar öz tarixlərinə və təcrübələri ilə bağlı, gündəlik həyatları ilə bağlı mürəkkəb bir təqvim hazırlayıblar.”

Onlar vaxtı 400 illik sikllər olan baktunlara bölüblər. Son baktun - yəni sikl isə indi sona çatır. Lakin Traksler bununla yeni təqvimin başlandığını deyir: “Bu avtomobildəki odometer kimidir. Bütün rəqəmlər yenidən dəyişəcək."

Bu sərgi son dəfə baktun dəyişən vaxt tapılmış 150 eksponatı cizgiləndirir. Maya ilə Qriqoryan təqvimləri arasındakı uyğunluq bu ekranda nümayiş etdirilir. Siz öz doğum tarixinizi əlavə edib, özünüzə istədiyiniz Maya adı verir və özünüz üçün bir təqvim düzəldirsiniz. Bu da sonra print olunur.

Bəs muzeyə gələnlər dünyanın sonu olduğunu düşünürmü?

“Bu baş verə bilər, lakin mən bunun doğru olmayacağına ümid edirəm”, “Təqvimin sonudur, lakin dünyanın sonu deyil”- deyə, bu insanlar bildirir.

Bu yaxınlarda keçirilən rəy sorğuları isə amerikalıların yalnız 2 faizinin Maya təqviminə əsasən dünyanın axırının gələcəyinə inandığını göstərib.
XS
SM
MD
LG