Accessibility links

Mayk Pens avropalı müttəfiqlərini İranla əldə edilən 2015-ci il nüvə sazişindən çıxmağa çağırıb


ABŞ-ın vitse-prezidenti Mayk Pens Tehranı dünyada terrorizmin aparıcı sponsoru adlandıraraq, avropalı müttəfiqlərini İranla əldə edilən 2015-ci il nüvə sazişindən çıxmağa çağırıb.

Pens bu çağırışı Polşanın paytaxtı Varşavada Yaxın Şərq üzrə Beynəlxalq Konfrans zamanı edib.

ABŞ bu sazişdən ötən il çıxaraq, İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Donald Tramp sabiq prezident Barak Obama administrasiyası dövründə əldə edilən sazişin tənqidlərini davam etdirərək, sənədi ən pis razılıq kimi qiymətləndirib.

Tramp administrasiyası Varşava görüşündə İran məsələsinin gündəmdə olmasını istəyirdi. Lakin təşkilatçılar İsrail-Fələstin münaqşəsi, Suriya və Yəməndə İŞİD-ə qarşı mübarizənin də önəmini irəli sürərək, konfransın gündəliyinə salıb.

Məqsəd 2015-ci il nüvə sazişinin xilasına çalışan Avropa ölkələrinin iştirakının genişləndirilməsidir.

Konfransı boykor edən Rusiya, Çin, İran və Fələstin tədbirə qatılmayıb.

İslam İnqilabının 40-cı ildönümünü qeyd edən İranın xarici işlər naziri Cavad Zərif konfransın heç bir perspektivi olmadığını deyib. O, görüşü ABŞ-ın İrana qarşı əsasız təhqirlərinə daha bir cəhd kimi qiymətləndirib.

XS
SM
MD
LG