Accessibility links

Pens Maduro rejimini Citgo Petroleum-un idarəçilərinin azadlığına çağırır


ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuelada prezident Nikolas Maduronun hökuməti tərəfindən tutulan altı Citgo Petroleum-un idarəçisinin ailələri ilə görüşüb.

Citgo Petroleum-un rəhbərləri 2017-ci ildə dövlət neft şirkətində çirkli pulların yuyulması və mənimsəmə ittihamları ilə həbs olunublar.

"Amerika Birləşmiş Ştatları bu altı nəfərin dərhal azad edilməsinə çağırır. Beş amerikalı və bir ABŞ-da yaşamaq hüququ olan şəxs. Maduro rejimini onları dərhal azad etməyə çağırırıq. Maduro rejimini bütün siyasi məhbusları azad etməyə çağırırıq. Nikolas Maduronun hakimiyyətdə qaldığı müddətcə bunların heç birinin baş verməyəcəyini bilirik" - deyə, ABŞ-ın vitse prezidenti Mayk Pens deyib.

Venesuelada Maduroya sadiq olan millət vəkilləri müxalifət lideri Xuan Quaydonu mühakimə toxunulmazlığından məhrum edib və bu, onun həbs olunmasına yol açıb. Bu addım Venesuelanın baş hakiminin Quaydonun Ali Məhkəmənin ölkədən çıxma qadağasını pozduğuna görə həbs edilməsini elan etməsindən bir gün sonra atılıb. Quaydo tərəfdarlarına qarşılaşdığı risklərdən xəbərdar olduğunu söyləyib, amma qorxmadığını bildirib.

"Rejim bizi qaçırmaq niyyətindədir? Əlbəttə ki, artıq edə biləcəkləri tək şey güc tətbiq etməkdir, bilirik. Amma bizim özümüzdə cəsarət, ağıl, ruh, güc, ürək, ümid, inam var. Onlarla xarici işlər nazirləri, hətta vəziyyət barədə narahat olan prezidentlər belə mənimlə əlaqə saxlayıb. Beynəlxalq əməkdaşlıq bir faktdır və onlar beynəlxalq ictimaiyyətin müəyyənləşdirilməsini sübut etmək istəmirlər. Məhz rejim necə getmək istədiyini seçir. Bu gün onların seçimi var," deyə Venesuelanın müxalifət lideri Xuan Quaydo deyib.

Ötən ay Quaydo Maduronun istefa verməsi üçün regional dəstəyi birləşdirmək üçün bir neçə Cənubi Amerika ölkəsini ziyarət edib.

ABŞ ötən ilki mübahisəli seçkilərdən sonra Avropa və Cənubi Amerika ölkələrinin bir çoxuna qoşularaq Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanıyıb.

XS
SM
MD
LG