Accessibility links

Mayk Pens nitqində Co Baydeni polis maliyyələşməsi ilə bağlı tənqid etdi


ABŞ-da irqi gərginliklərin artdığı bir vaxtda Vitse-Prezident Mayk Pens çərşənbə gecəsi seçicilərə deyib ki, onlar Co Baydenin Amerikasında salamat olmayacaqlar. O, Demokrat prezidentliyə namizədi polis maliyyəşməsini kəsmək istəyində ittiham edib.

"Co Bayden deyir ki, Amerika sistemik şəkildə irqçidir," Pens deyib. "Və hüquq-mühafizə orqanları azlıqlara qarşı qapalı ayrı-seçkilik hissi bəsləyir. Və o ondan polisin maliyyələşməsini kəsməyə dəstək verəcəyi haqda soruşulanda, "Bəli, mütləq" deyə o, cavab verib."

May Pens Co Baydenin rəhbəri olacağı Amerikanın vətəndaşlar üçün təhlükəsiz yer olmayacağını vurğulayıb. Pens nitqi Baltimor yaxınlığındakı Fort McHenry adlı tarixi abidədə verib. Bura 1814-cü ildə Britaniya hücumuna səhnə olmuş və Amerika milli himninə ilham vermiş məkan sayılır.

“Mən polisin maliyyələşməsini kəsmək istəmirəm,” Bayden ayın əvvəlində bildirib. "Mən istəyirəm ki, polisin görülməli işləri həyata keçirməsi üçün daha çox pulu olsun. Onların icma polis işləri üçün lazımi vəsaitləri, departamentlərində sosial işçilərin, psixoloqların və polislərdən çözülməsi dörd universitet diplomu tələb edən problemlərin həlli üzrə ekspertləri olsun."

Pens rəsmən Trampın vitse-prezident tərəfdaşı olaraq namizədliyi qəbul edib. O, qəbul nitqini 130 nəfərlik izdihamın qarşısında, xanımı Karenin də qatıldığı tədbirdə söyləyib.

Nitqin ardınca Prezident Donald Tramp və Birinci Ledi Melania səhnəyə çıxaraq Pensləri salamlayıblar.

Bayden kampaniyası Respublikaçı qurultayın məzmununu tənqid edərək orada Amerikanı bürümüş koronavirus pandemiyasının qarşısını almaq üçün plan səsləndirilmədiyini deyiblər.

Rəy sorğuları göstərir ki, amerikalılarn çoxu Trampın 179,000 adamın ölümünə bais olmuş COVID-19 pandemiyası ilə mübarizəsini bəyənmirlər.

Real Clear Politics vebsaytına əsasən sorğular habelə Baydenin Trampdan irəlidə getdiyini göstərir.

Yaxın keçmişdə yalnız iki ABŞ prezidenti - Cimmi Karter 1980-ci ildə və Corc H. W. Buş 1992-ci ildə ikinci dönəm prezident seçilə bilməyiblər.

XS
SM
MD
LG