Accessibility links

Mayk Pens Texasa gəlib


Vitse Prezident Mayk Pens Harvi qasırğasının törətdiyi dağıntıları nəzərdən keçirmək üçün Texasa gəlib.

O, qasırğanın bərk vurduğu Rokport şəhəri sakinlərini çətinliklərə sinə gərdiklərinə görə alqışlayıb.

“Siz öz dəyanətiniz və cürətinizlə millətə ilham vermisiniz, biz də bura sizi alqışlamağa gəlmişik,” deyə Pens Birinci Baptist Kilsəsi qarşsında toplaşmış izdihama bildirib.

Siz öz dəyanətiniz və cürətinizlə millətə ilham vermisiniz, biz də bura sizi alqışlamağa gəlmişik.

Pensi səfərdə bir neçə kabinet rəsmisi müşayiət edib. Onların sırasında Enerji Naziri Rik Perri də olub.

Prezident Donald Tramp çərşənbə axşamı Texasa baş çəkib və şənbə günü oraya qayıtmağı planlaşdırır.

Hazırda tropik yağış kateqoriyasına keçən Harvi Luiziana və Mississippi ştatlarına leysan yağışları gətirib.

Yağışların Arkanzas, Tennessi və Kentaki ştatlarına üz tutacağı proqnozlaşdırılır.

69 saylı ştatlararası magistralı su basıb. Humble, Texas. 29 avqust, 2017.
69 saylı ştatlararası magistralı su basıb. Humble, Texas. 29 avqust, 2017.

Meksika Körfəzindən qaynaqlanan Harvi qasırğası Texas ştatı boyunca Hyuston və bir neçə iri şəhərləri suya qərq edib. Yerli əhali arasında təlafata səbəb olan qasırğa milyardlarla dollar həcmində ziyan vurub.

Avqust və sentyabr ABŞ-da "hurricane" - yəni qasırğa mövsumu kimi tanınır. Bu aylarda Atlantik Okeanı mərkəzində başlanan burulğan formalı tufanlar qasırğaya çevrilərək şimala istiqamət alır.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG