Accessibility links

Mayk Pens venesuelalıların həmrəylik tədbirində iştirak edir


Mayk Pens

ABŞ-ın vitse-prezidenti Mayk Pens cümə günü Florida ştatının Mayami şəhərində venesueladan sürgün edilmiş insanlar və icma liderləri ilə görüşür.

Vitse-prezident ispan-dilli ibadət mərkəzində sürgün edilmiş insanlar və icma liderləri ilə birlikdə dəyirmi masa müzakirələrində iştirak edir.

Onun həmçinin İglesia Doral Jesus İbadət Mərkəzi adlı həmin məkanda həmrəylik tədbirində çıxış edəcəyi də gözlənilir.

Venesuelanın müxalifət lideri Xuan Quaydo cümə axşamı bildirib ki, onu qorxutmaq üçün ailəsinin Karakasdakı mənzilinə təhlükəsizlik qüvvələri gəlib.

Quaydo atdığı Twitter mesajında deyib ki, polis evə gələrək, Quaydonun yoldaşı Fabiananı axtarıb. Quaydo söyləyib ki, insident onun 20 aylıq qızı nənəsi ilə birlikdə evdə olduğu zaman baş verib. Onun dediyinə görə, uşağın başına nə isə gəlsəydi, o, buna görə sosialist lider Nikolas Maduronu cavabdeh tutacaqdı. Maduro höküməti bu iddiaya cavab verməyib.

Daha sonra Quaydo müxbirlər vasitəsilə əllərində tava-qazan onun mənzilinə doğru qaçaraq səs çıxaran qonşularına təşəkkürünü bildirib. O deyib ki, polis mənzildə axtarış apardığı vaxt ərzində qonşular onun ailəsini qorumaq üçün mənzildə qalıb.

Müxalifətin nəzarət etdiyi Milli Assambleyasının prezidenti Quaydo ötən həftə Assambleya Maduronun ötən may seçkilərdəki qələbəsinin qeyri-qanuni olduğuna dair qərara gələndən sonra özünü prezident elan edib.

Birləşmiş Ştatlar Quaydonu müvəqqəti prezident kimi tanıyıb.

Venesuelaa etiraz
Venesuelaa etiraz

Quaydo bu həftənin əvvəli New York Times-da yazdığı köşə yazısında bildirib ki, 50-dən çox ölkə ya onu ölkənin müvəqqəti prezidenti ya da Milli Assambleyanı Venesuelanın legitim hakimiyyəti kimi tanıyıb. O, səfirlər təyin etməyə və “xaricdəki milli aktivləri tapıb, bərpa etməyə başladığını” bildirib.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, iki Avropa İttifaqı diplomatının Aİ hökümətlərinin gələn həftə Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyacaqlarını bildirdiklərini söyləyib.

XS
SM
MD
LG