Accessibility links

Mayk Pompeo Rusiya ilə bağlı "gözüaçıqlıq" nümayiş etdirəcəyini vəd edir


ABŞ-ın növbəti prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru vəzifəsinə nominasiya etdiyi Mayk Pompeo Rusiya ilə bağlı mövqeyində "gözüaçıqlıq" nümayiş etdirəcəyi və Ağ Evin işgəncələrin bərpasına dair heç bir göstərişini qəbul etməyəcəyinə vəd verib.

Bu, rusların uzunmüddətli səyləridir. Bu, Amerikanın olduqca ciddi qəbul etməli olduğu məsələdir. Biz bu hədə qarşısında olduqca həssasıq.

Senatın Kəşfiyyat Komitəsində təyinatı ilə bağlı dinləmələrdə ifadə verən Respublikaçı konqresmen hökumətə hər gün həqiqəti söyləyəcəni deyib.

Pompeo ABŞ-ın kəşfiyyat orqanlarının Rusiyanın ABŞ-da seçki prosesinə müdaxilə etdiyinə dair dəyərləndirmələrini qəbul etdiyini bildirib.

“Bu, rusların uzunmüddətli səyləridir. Bu, Amerikanın olduqca ciddi qəbul etməli olduğu məsələdir. Biz bu hədə qarşısında olduqca həssasıq," deyə o, sözünə davam edib.

“Əgər siz prezident tərəfindən agentliyin xaricdə dindirilmə texnikasının bərpası göstərişi alsanız, buna əməl edəcəksinizmi?" sualını cavablandırarkən Pompeo deyib ki, o, prezidentə deyil, qanuna əməl edəcək.

Mərkəzi Kəşfiyyat Agentliyinin Rusiyanın seçkilərə müdaxilə etməsi barədə qənaəti ilk günlərdə prezident seçilmiş Donald Trampın skeptisizmi ilə qarşılaşıb.
Mərkəzi Kəşfiyyat Agentliyinin Rusiyanın seçkilərə müdaxilə etməsi barədə qənaəti ilk günlərdə prezident seçilmiş Donald Trampın skeptisizmi ilə qarşılaşıb.

Başqa Demokrat, Ron Uayden namizəddən sadə vətəndaşlardan toplanılan məlumat bazasına limitin vacibliyi haqda soruşub.

"Amerikalılar tələb edirlər ki, ictimaiyyətə açıq məlumat varsa - bizim bu informasiyadan istifadə etməyə öhdəliyimiz var," Pompeo bildirib.

Pompeo Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü olub. Onu Konqres üzvərinə təqdim edən sabiq senator Bob Doul keçmiş həmkarlarını Pompeonun işin öhdəsindən gələcəyinə əmin edib.

XS
SM
MD
LG