Accessibility links

Pompeo: Nəticə olmasa, Şimali Koreyaya qarşı sanksiyalar yüngülləşdirilməyəcək


ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, nüvə ilə silahlanmış Şimali Koreya hədələri əhəmiyyətli dərəcədə azaltmayınca, ABŞ Şimali Koreyaya qarşı iqtisadi sanksiyaları yüngülləşdirməyəcək.

Pompeo bu barədə cümə axşamı NBC telekanalının Today Show proqramında danışıb.

“Mən danışıqları onların və bizim nə verə biləcəyimiz müstəvisinə gətirmək istəmirəm. Amma Amerika xalqı bilməlidir ki, biz hazırda Şimali Koreyaya qarşı ən sərt iqtisadi sanksiyalar tətbiq etmişik. Biz riski əhəmiyyətli dərəcədə azaltdığımızdan əmin olmayınca, təzyiqi azaltmayacağıq” - deyə, Mayk Pompeo bildirib.

Dövlət katibi bu şərhi prezident Donald Trampın Şimali Koreya lideri Kim Conq Unla ikinci zirvə görüşündən bir həftə əvvəl verib.

Pompeo Tramp və Kimin Vyetnamın paytaxtında keçiriləcək görüşdə həqiqi tarixi irəliləyişə nail ola biləcəyinə ümid etdiyini bildirib.

İyunda Sinqapurda iki lider arasında keçirilən ilk görüş Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində yoxlanıla biləcək nəticələr verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG