Accessibility links

Mayk Pompeo 'Huawei' şirkətini yalan danışmaqda ittiham edib


ABŞ dövlət katibi Mayk Pompeo Çinin telekommunikasiya nəhəngi 'Huawei' şirkətinin rəhbərliyini Pekin hökuməti ilə əlaqələri barədə yalan danışmaqda günahlandırıb.

Pompeo CNBC kanalna müsahibəsində bildirib ki, Huawei şirkətinin tək Çin höküməti ilə deyil, həmçinin Çin Kommunist Pariyası ilə də sıx əlaqələri var.

Huawei-in Çin hökuməti ilə sıx bağları bu şirkətlə təmasda olan amerikalıları risk qarşısında qoyur.

Pompeonun sözlərinə görə, bu əlaqələrin mövcudluğu amerikalıların özəl məlumatlarını ciddi risk altına qoyur.

Dünyanın ən böyük telekommunikasiya şəbəkəsi avadanlığı istehsalçısı olan Huawei 5G texnologiyasında liderdir.

Şirkət interneti daha sürətli edəcək bir qlobal şəbəkə qurmaq üçün müqavilələr əldə etməyə çalışır.

Ötən həftə ABŞ hökumətinin Amerika şirkətlərini Huawei ilə işləməsinə qadağa qoyması dünyanın iki böyük iqtisadiyyatı arasındakı qızğın ticarət müharibəsini gücləndirib.

XS
SM
MD
LG