ABŞ dövlət katibi Mayk Pompeo bir həftə davam edəcək Yaxın Şərq səfəri çərçivəsində İordaniya paytaxtı Əmmandadır. Onun gündəminin diqqət mərkəzində İran və İslam Dövləti qrupudur.
Pompeo çərşənbə axşamı İordaniyaya səfərdən öncə deyib ki, o, Birləşmiş Ştatların regionda İslam Dövləti qrupunu məğlub etmək və "İranın sabitliyi pozan fəaliyyətinin" qarşısını almaq kimi öhdəliyi var.
Pompeo səfəri çərçivəsində Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı, Oman və Küveyti də ziyarət edəcək.