Accessibility links

Mayk Pompeo ilə Kim Yonq Çol arasında danışıqlar davam edir


ABŞ dövlət katibi Mayk Pompeo cümə axşamı Nyu-Yorkda Şimali Koreya lideri Kim Conq Unun sağ əli Kim Yonq Çol ilə danışıqları davam etdirəcək.

Pompeo deyib ki, o, gələn ay Kim ilə prezident Tramp arasında mümkün sammiti “gözəl iş naharı” zamanı müzakirə edib.

Pompeo və Kim Yonq Çol çərşənbə baş tutan ilkin danışıqlardan sonra birgə bəyanat yaymayıb.

“Biz prezident ilə Şimali Koreya lideri arasında görüşə hazırlıq görməyə davam edirik. Prezidentin dediyi kimi, əgər bu görüş baş tutsa, biz mütləq hazır olacağıq,” deyə Ağ Evin sözçüsü Sara Hakkabi Sanders bildirib.

Sanders həmçinin deyib ki, ABŞ nümayəndə heyəti ilə Şimali Koreya rəsmiləri arasında Koreyanın demilitarizasiya zonasında danışıqlar müsbət keçirilib və davam edəcək.

Bundan əlavə Panmuncom və Sinqapurda da danışıqlar aparılır.

XS
SM
MD
LG