Accessibility links

Mayk Pompeo İrandakı amerikalı girovları geri gətirməyi vəd edir


ABŞ dövlət katibi Mayk Pompeo İrandakı amerikalı girovları vətənlərinə geri gətirəcəyinə söz verib və deyib ki, Birləşmiş Ştatlar höküməti bu məsələ ilə bağlı “ciddi” səy göstərir və “hər vasitəyə” əl atır.

Pompeo bildirib ki, İran hətta Vaşinqton 2015-ci ildə əldə olunan nüvə razılığı çərçivəsində Tehranı sanskiyalardan azad etdiyi halda, aralarında Bəkir Namazi, Siamak Namazi, Şiyu Vanq və Bob Levisonun olduğu amerikalı girovları azadlığa buraxmayıb.

Bir neçə girovun ailəsi ABŞ-ın bu ayın əvvəli İranla nüvə razılığından geri çəkilmək qərarının onların ailə üzvlərinin təhlükəsiz şəkildə vətənə geri dönmələrini çətinləşdirə biləcəyindən narahatdır.

İran rəsmiləri deyib ki, onlar məhbus mübadiləsi məsələsini Birləşmiş Ştatlar düşmən yanaşmasını dəyişdiyi və İrana qarşı daha ehtiramlı şəkildə davrandığı təqdirdə müzakirə etməyə açıq olacaq.

2015-ci il İran razılığının şərtlərinə əsasən, İran sanskiyaların aradan qaldırılması müqabilində nüvə proqramını məhdudlaşdırmağa razılaşıb.

XS
SM
MD
LG