Accessibility links

ABŞ dövlət katibi Latın Amerikası ölkələrinə səfər edir


ABŞ dövlət katibi Mayk Pompeo Meksika və Mərkəzi Amerika ölkələri ilə çox çətin bir məsələni, Birləşmiş Ştatların cənub sərhədinə miqrant axının qarşısının alınması yollarını liderlərlə üz-üzə müzakirə etmək üçün Latın Amerikasına yola düşüb.

Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus həftə sonuna təsadüf edən səfər barədə ümumi məlumat verib.

“İyulun 19-dan 21-dək dövlət katibi təhlükəsizlik məsələlərində əməkdaşlığı genişləndirmək barədə danışıqlar aparmaq üçün Argentina, Ekvador, Meksika, Salvadora səfər edəcək. Müzakirələr zamanı diqqət əsasən Kuba, Nikaraqua və Venesuelada insan haqları və demokratiyanın gücləndirilməsi, Latın Amerikası ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə yetiriləcək” - deyə, sözçü bildirib.

Argentinada səfərdə olarkən Pompeo Buenos-Ayresdə Hizbulla və İranın əli olduğu 85 nəfərin ölümü ilə nəticələnən yəhudi mərkəzinin bombalanmasının 25-ci ildönümünə həsr edilmiş əks-terrorizm konfransında iştirak edəcək.

Argentina tarixində ən dəhşətli terror hücumuna görə heç kim məsuliyyətə cəlb edilməyib.

Dövlət katibinin digər dayanacaqlarında əsas müzakirə obyekti miqrasiya məsələsi olacaq.

Bəzi ekspertlər Birləşmiş Ştatların insanların ölkələrini tərk etmə səbəblərini kökündən həll etməli olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG