Accessibility links

Mayk Pompeo Mərkəzi Avropada səfərdədir


ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə axşamı mərkəzi Avropaya səfərə başlayıb. Onun ilk dayancağı Çex Respublikası olacaq. Orada Pompeo çıxış etdikdən sonra xarici işlər naziri Tomas Petriçeklə şam yeməyi yeyəcək.

Pompeo həmçinin ABŞ-ın İkinci Dünya Müharibəsində regionun azad edilməsindəki roluna həsr olunan muzeyi ziyarət edəcək.

Dövlət katibinin səfəri Tramp administrasiyasının Rusiya və Çinin Avropada iqtisadi və geo-siyasi təsir uğrunda rəqabətinə müqavimət göstərməyə çalışdığı vaxta təsadüf edib.

Pompeo avqustun 11-dən 15-dək davam edəcək səfər zamanı Çex Respublikasının Praqa və Pilsen şəhərlərini, Sloveniyanın Lyublyana şəhərini, Avstriyanın Vyana şəhərinə və Polşanın Varşava şəhərini ziyarət edəcək.

O, 2011-ci ildən bəri Sloveniyaya səfər edən ilk dövlət katibi olacaq. Orada o, 5G texnologiyası ilə bağlı birgə bəyanat imzalayacaq. Bu, Vaşinqtonun kommunist Çinin regionda “yüksək texnologiyalı şəbəkələrə sızmasının" yaratdığı risklərin qarşısını almaq cəhdinin bir hissəsidir.

Səfər Pentaqon Almaniyadan 12 minə yaxın qoşunu çəkmək və onların bir hissəsini Polşa və başqa NATO ölkələrinə yerləşdirmək planını həyata keçirməyə hazırlaşdığı vaxta təsadüf edib. Bu plan həm ABŞ-da həm də Avropada narahatlıqlara səbəb olub baxmayaraq ki, yüksək vəzifəli rəsmiləri bunu strateji zərurət adlandırır.

Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə katib yardımçısı vəzifəsini müvəqqəti icra edən Filip Riker deyib ki, Pompeo həmkarları ilə ABŞ-Polşa arasında yeni tamamlanmış Ətraflı Müdafiə Əməkdaşlıq Sazişini müzakirə edəcək. Bu Saziş “ümumi transatlantik təhlükəsizliyi” daha da gücləndirmək üçün “çərçivə yaradır.”

Rəsmilər deyir ki, müdafiə sazişi Birləşmiş Ştatların Rusiyaya qarşı müqaviməti artırmaq, NATO-nu gücləndirmək və müttəfiqləri əmin etmək məqsədilə əlavə 1000 rotasiyalə qoşun yerləşdirməyə imkan yaradır. ABŞ-ın hazırda Polşada 4500 rotasiyalı əsgəri var.

Pompeo Rusiya ilə Almaniyanı birləşdirən Rusiyanın mübahisəli Nord Stream 2 qaz kəmər borusunun inşasının başa çatmasına az müddətin qaldığı bir vaxt mərkəzi Avropakı liderlərlə həmçinin enerji təhlükəsizliyi məsələsini də müzakirə edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG