Accessibility links

Mayk Pompeo Macarıstandadır


ABŞ dövlət katibi Mayk Pompeo Avropaya beşgünlük səfərinin ilk dayancağı olan Macarıstandadır. Səfər zamanı diqqət mərkəzində Rusiya və Çinin Mərkəzi Avropada artan nüfuzudur.

Pompeo daha sonra Slovakiya və Polşaya gedəcək. Onun səfəri fevralın 15-də Brüssel və Reykyavikə baş çəkməklə bitəcək.

Pompeo ABŞ prezidenti Donald Trampın pərəstişkarı olan Macarıstan Baş naziri Victor Orbanla görüşəcək.

Danışıqlarda “təhlükəsizlik münasibətlərinin gücləndirilməsi, Rusiyanın təcavüzünün önlənməsi, NATO-nun mövqeyinin möhkəmlənməsi, Ukraynaya dəstək” müzakirə olunacaq.

Pompeo Macarıstanda “vətəndaş cəmiyyətinə dəstəyini də ifadə edəcək”, qeyri-hökumət təşkilatlarının liderləri ilə görüşəcək.

Freedom House təşkilatı Macarıstanı əvvəlki illər siyasi baxımdan “azad” kateqoriyasına salırdı, bu il isə “qismən azad” sayılıb. Səbəb kimi Orbanın Fidesz partiyasının media, məhkəmələr, dini qruplar, QHT-lər və özəl sektora “davamlı hücumlar”ı göstərilir.

XS
SM
MD
LG