Accessibility links

Mayk Pompeo Rusiya liderləri ilə İran məsələsini müzakirə edib


ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə axşamı Rusiyanın Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşündə İran məsələsini müzakirə edib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Soçidə amerikalı həmkarı ilə danışıqlardan sionra birgə keçirdiyi mətbuat konfransında deyib ki, iki ölkə arasında İranın nüvə proqramına dair bir çox fikir ayrılıqları var.

Pompeo deyib ki, bu danışıqlar ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində irəliyə doğru addım sayıla bilər. Lakin o əlavə edib ki, iki öklə arasında fikir ayrılıqları çoxdur.

ABŞ dövlət katibi Pompeo bunu da bildirib ki, onlar Lavrovla Rusiyanın ABŞ-ın daxili işlərinə qarışması məsələsini də müzakirə ediblər.

Tehranla Vaşinqton arasında gərgin münasibətlər məsələsinə toxunan Pompeo deyib ki, “biz İranla fundamental olaraq müharibə görmürük”.

Lavrov deyib ki, o, amerikalı həmkarı ilə İran, Venesuela və Suriyaya dair “açıq və faydalı” söhbət aparıb.

Pompeo bildirir ki, o, Rusiyanı Venesuelada hakimiyyətini qoruyub saxlamağa çalışan prezident Nikolas Maduroya dəstəyini dayandırmağa çağırıb:

"Nikolas Maduronun çıxıb getmək vaxtı çatıb. O, Venesuela xalqına səfalətdən başqa heç nə verməyib. Biz ümid edirik ki, Maduroya Rusiyanın dəstəyi dayanacaq”.

Daha əvvəl Lavrov Tramp administrasiyasının İranla gərginliyi necə aradan qaldıracağını soruşacağını bildirib. Lavrov bu gərginliyi ABŞ-ın özünün yaratdığını deyib.

Sergey Lavrov yaranmış gərginliyə görə ABŞ-ı günahlandırır.

Soçi görüşü Pompeonun Avropa müttəfiqləri ilə İranın son zamanlar artırdığı təhdidlərin detalları və kəşfiyyat məlumatlarını bölüşməsindən sonra keçirilib. Pompeo rəsmi Tehranı danışıqlar əvəzinə təhdidetəmə üsulunu seçməkdə təqsirləndirir.

Avropa İttifaqının xarici işlər komissarı Federika Moqerini deyib ki, nazirlər onları narahat edən əsas məsələ olan sülhün qorunub saxlanlıması və 2015-ci il İran nüvə sazişinin həyata keçirilməsini davam etmək barədə Pompeonu məlumatlandırıb.

Pompeo ilə dünənki görüşdə Avropa İttifaqı rəsmiləri də İranla ABŞ arasında yaranmış qarşıdurmadan narahatlıqlarını ifadə etmiş və nüvə sazişində qalmağın əhəmiyyətini vurğulamışlar.
Pompeo ilə dünənki görüşdə Avropa İttifaqı rəsmiləri də İranla ABŞ arasında yaranmış qarşıdurmadan narahatlıqlarını ifadə etmiş və nüvə sazişində qalmağın əhəmiyyətini vurğulamışlar.

“Mən, həmçinin Avropa Birliyinin digər nazirləri bu gün Mayk Pompeoya açıq- aydın bildirdik ki, bu, çox əhəmiyyətli və həssas andır. İndi düşünülmüş, məsuliyətli addım atmaq, maksimum təmkinli davranmaq və hərbi səviyyədə vəziyyətin gərginləşməsinin qarşısını almaq zamanıdır. Digər tərəfdən ötən günlərdə dediyim kimi, biz bir daha İranı bütün nüvə öhtəliklərini yerinə yetirməyə çağırırıq. Biz isə öz tərəfimizdən üzərimizə düşəni edəcəyik və nüvə sazişinin tam həyata keçiriliməsini davam etdirəcəyik,” deyə Federika Moqerini bildirib.

Avropa İttifaqının artan gərginliklə bağlı xəbərdarlığı İranın nüvə ambisiyalarını məhdudlaşdırmaq məqsədi ilə əldə edilmiş beynəlxalq razılıqdan çıxan Birləşmiş Ştatların İranın Amerika hədəflərini vuracağından ehtiyat edərək Yaxın Şərqə USS Abraham Lincoln təyyarədaşıyıcısı və dörd B-52 bombardmançısı göndərməsi ilə eyni vaxtda baş verir.

Pompeonun səfəri ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin də iştirak edəcəyi Yaponiyanın Osaka şəhərində keçiriləcək Böyük İyirmilik sammitindən bir neçə həftə əvvələ təsadüf edir.

XS
SM
MD
LG