Accessibility links

Mayk Pompeonun Avropa səfəri davam edir


ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, Birləşmiş Ştatlar Mərkəzi və Şərqi Avropa ilə daha çox məşğul olmalıdır. Vaşinqton Rusiyanın Qərbi parçalamaq niyyətlərindən narahatdır.

Fevralın 11-də Avropanın beş ölkəsini əhatə edəcək səfərinin ilk günü Pompeo Macarıstanın sağ təmayüllü populist baş naziri Viktor Orbanla görüşüb.

ABŞ dövlət katibi baş nazirlə söhbətində demokratiyanın və qanunun aliliyi prinsipinə əməl edilməsinin zəruriliyini vurğulayıb.

Vaşinqton bu bölgədə Rusiyanın və Çinin artmaqda olan nüfuzundan narahatlıq keçirir. ABŞ bu qənaətdədir ki, Rusiya və Çin Avropa İttifaqı və NATO üzvləri arasında ixtilaf toxumu səpməyə çalışır.

Budapeştdə xarici işlər naziri Peter Szijjarto ilə birlikdə kerçirdiyi mətbuat konfransında Pompeo deyib ki, “biz Putinə NATO dostları arasına ixtilaf salmaq imkanı verməməliyik”.

Pompeo Mərkəzi Avropanın, xüsusilə də Macarıstanın Rusiyadan enerji asılılığına diqqət çəkib.

Lakin Szijjarto ölkəsinin enerji siyasətini müdafiə edib və bildirib ki, Avropada bir çix başqa ölkələrin də Rusiya ilə enerji sazişləri var:

“Avropanın siyasi səhnəsində böyük bir riyakarlıq hökm sürür.”

Prezident Trampın heyranı olan Orban miqrasiyanın, xüsusilə də Yaxın Şərqdən olan miqrasiyanın qatı tənqidçisidir.

Bunun əvəzində baş nazir macar qadınları daha çox uşaq doğmağa çağırır.

Hələ yaxın keçmişdə Freedom House təşkilatının indeksində azad ölkələr kateqoriyasında olan Macarıstan builki hesabatda qismən azad ölkələr qrupuna düşüb.

Orban hökuməti, habelə Macarıstan əsilli ABŞ xeyriyyəçisi Corc Sorosun maliyyələşdirdiyi bir neçə layihələri sıxışdırıb ölkədən çıxarmasına görə Vaşinqtion da daxil olmaqla, Qərb ölkələri tərəfindən tənqid olunur.

Bu səfərdən əvvəl Dövlət Departamenti bildirmişdi ki, Pompeo “Macarıstanda vətəndaş cəmiyyətinə dəstək ifadə edəcək, habelə QHT rəhbərləri ilə görüşəcək”.

XS
SM
MD
LG