Accessibility links

Mayk Pompeonun ilk rəsmi səfəri başa çatıb [Video]


Mayk Pompeonun ilk rəsmi səfəri başa çatıb
please wait

No media source currently available

0:00 0:01:48 0:00

ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo ilk xarici səfəri zamanı ABŞ-ın NATO, Səudiyyə Ərəbistanı, İsrail və İordaniya ilə yaxın əlaqələrinə xüsusi diqqət ayırıb. ABŞ müttəfiqlərinə güclü dəstəyini ifadə edən Pompeo, İrana qarşı sərt mövqe sərgiləyib və deyib ki, Tehranın Yaxın Şərqdə hökm sürmək istəyi hələ də davam edir.

Uzun zamandır davam edən bu mühüm münaqişəyə həll yolu tapmaq məqsədilə hər iki tərəfi lazımi yardımla təmin etmək Birləşmiş Ştatlar üçün böyük prirotetdir.
Mayk Pompeo

Yeni dövlət katibi Mayk Pompeo vəzifəyə başlayandan bir neçə saat sonra Brüssel, daha sonra isə Yaxın Şərqə etdiyi səfərini başa çatdırıb. O, getdiyi hər bir yerdə xoş qarşılanıb.

Pompeo İordaniyada onillərdir davam edən İsrail-Fələstin münaqişəsindən bəhs edib.

“Uzun zamandır davam edən bu mühüm münaqişəyə həll yolu tapmaq məqsədilə hər iki tərəfi lazımi yardımla təmin etmək Birləşmiş Ştatlar üçün böyük prirotetdir. Son günlər və həftələrdə Qəzzada baş verən hadisələrə gəldikdə isə, biz israillilərin özlərini müdafiə etmək haqqına sahib olduqlarını düşünürük və bunu dəstəkləyirik,” o deyib.

Pompeo fələstinlilərlə görüşməyib. Onlar ABŞ prezidenti dekabr ayında Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını və ABŞ səfirliyini Qüdsə köçürməyi nəzərdən keçirdiyini elan edəndən bəri ABŞ prezidenti ilə danışqıları boykot edib.

“Prezident Trampın bu cəsur qərarı bir neçə digər ölkəni də səfirliklərini Qüdsə köçürməyə təşviq edib,” deyə İsrailin baş naziri Mayk Pompeo bildirib.

Səudiyyə Ərəbistanına səfəri zamanı Pompeo, Səudiyyə Ərəbistanı və müttəfiqləri ötən iyun ayında Qətərə səyahət və ticarəti kəsəndən sonra İran Körfəzi ölkələrinin İranın təcavüzünə qarşı birlik olmalarının vacibliyini vurğulayıb.

Mayk Pompeo və Benyamin Netanyahu
Mayk Pompeo və Benyamin Netanyahu

“Mən xarici işlər nazirinə dedim ki, İran körfəzində birlik vacibdir, biz bunu əldə etməliyik,” o söyləyib.

Pompeo səfərinə Brüssel ilə başlayıb. Orada o, NATO müttəfiqlərinə ABŞ-ın Rusiyanın təcavüzününün miqyasını bildiyini və Moskvanın Suriya, Ukrayna və Qərb demokratiyalarına qarşı düşmən fəaliyyətinin qarşısını almağa yönəldilən səylərə qoşulacağını deyib.

XS
SM
MD
LG