Accessibility links

Mayk Pompeoya Trampın Şimali Koreyadan gözlədiyi məktub çatdırılıb


ABŞ dövlət katibi Mayk Pompeo
ABŞ dövlət katibi Mayk Pompeo

Dövlət katibi Mayk Pompeo Prezident Donald Trampın Şimali Koreya lideri Kim Conq Undan gözlədiyini söylədiyi məktubu alıb.

Dövlət Departamentinin rəsmisi Pompeonun məktubu aldığını təsdiqləyib. Məktubun Trampa çatdırılıb-çatdırılmadığı hələ məlum deyil.

Pompe cümə günü Hindistana səfərdən geri dönüb. Tramp isə cümə günü Montana və Şimali və Cənubi Dakota ştatlarına səfər edib, axşam saatlarında isə Ağ Evə qayıdıb.

Dövlət Departamentinin rəsmisi ABŞ-la Şimali Koreya arasında məxfi diplomatiya ilə bağı məlumat yaymaq səlahiyəttinə sahib olmadığı üçün adının açıqlanmasını istəməyib.

Tramp deyib ki, Kimin bu yaxınlarda ŞimaliiKoreyanı Trampın vəzifə müddətində nüvəsizləşdirmək istədiyini söyləməsi “çox müsbət bəyanatdır”

XS
SM
MD
LG