Accessibility links

Maykl Blumberq prezidentlik yarışlarına qoşulur


Maykl Blumberq Birləşmiş Ştatlarda prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Nyu-York şəhərinin keçmiş meri, dünyanın ən zəngin adamlarından biri olan Blumberq bazar günü rəsmən ABŞ prezident seçkilərində iştirak etmək üçün yarışlara qoşulduğunu bildirib. 77 yaşlı keçmiş respublikaçı planlarını öz veb saytında açıqlayıb.

“Donald Trampı məğlub etmək və Amerikanı yenidən qurmaq üçün prezidentliyə namizədliyimi irəli sürürəm”, Maykl Blumberq yazıb.

Blumberqin prezidentlik yarışlarına 2020-ci il prezident seçkilərində praymeridə səsvermədən 10 həftə öncə qatılması onun hazırkı namizədlərin Trampı məğlub edə bilməyə qadir olmaması ilə bağlı narahatlıqlarını əks etdirir.

Blumberqin Demokrat partiyasının iqlim dəyişikliyi və silah nəzarəti kimi prioritet sahələrdə böyük investisiyaları və olduqca geniş maliyyə imkanları onun seçkilərdə güclü namizəd olmasına kömək edə bilər. O artıq bir neçə ştatda televiziyada reklamlar üçün 30 milyon dollar ayırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın Zaporijye bölgəsinə raket zərbəsi endirib
please wait

No media source currently available

0:00 0:12:04 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG