Accessibility links

Maykl Çeçire: ABŞ və Rusiya Dağlıq Qarabağda açıq qarşıdurma istəmir


Təhlilçi Maykl Çeçire ilə müsahibə
please wait

No media source currently available

0:00 0:10:02 0:00

Prezident Donald Tramp Konqres qarşısında məruzəsində heç bir ölkənin adını çəkməsə də, ABŞ-ın NATO alyansı və müttəfiqlərlə münasibətlərinin əhəmiyyətini vurğulayıb. Rəsmi Vaşinqton hələlik Tramp administiyasının xarici siyasət kursunun əsas prioritetlərini açıqlamayıb. Lakin administrasiya Yaxın Şərqdə münaqişələrin nizamlanması və Rusiya ilə münasibətlərin normallaşdərəıması kimi məsələlərə diqqət veriləcəyinə işarə edib. Vaşinqtondakı Xarici Siyasət institutu və New America araşdırma mərkəzində təhlilçi Maykl Çeçire Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibəsində ABŞ-ın yeni administrasiyasının Qafqaz bölgəsində mümkün siyasətini şərh edib.

Amerikanın Səsi: Vaşinqton ABŞ-ın yeni administrasiyasının xarici siyasət kursunu açıqlamayıb. Nə gözləməliyik? Tramp administrasiyasının Qafqaz bölgəsində siyasəti nədən ibarət olacaq?

Tamamilə aydındır ki, bu administrasiyanın müəyyən qlobal maraqları və qobal baxışları olsa da, çoxmillətli və beynəxalq səviyyələrdə aktiv iştirak etmək istəyi baxımından qlobalist və beynəlmiləlçi deyil.

Maykl Çeçire: Mənə elə gəlir ki, xüsusilə də Qafqaz bölgəsi ilə bağlı hansısa xüsusi bir siyasət, ya da Tramp doktrininin elan olunması gözlənilmir. Yeni administrasiyanın təkcə Cənubi Qafqaz bölgəsi deyil, bütünlüklə Avrasiya regionu ilə bağlı əsas prioritetlərinin nədən ibarət olunacağına dair qeyri-müəyyənliklərin olduğu bir vaxt mən regionda ardıcıl ideoloji bir yanaşma nümayiş etdiriləcəyini görəcəyimizi düşünmürəm. Mənim fikrimcə, bu, daha çox işgüzar yanaşma tərzi olacaq. Daha çox administrasiyanın bir və ya bir neçə ölkə ilə spesifik razılaşmalar əldə edə bilməsi qabiliyyətinə əsaslanan münasibətlər olacaq. Bu razılaşmalar və bu siyasət də daha geniş mənada regionda başqa ölkələrə öz təsiri göstərəcək. Buna misal olaraq hazırda Rusiya ilə baş verənləri göstərmək olar. Tramp administrasiyasının Rusiya ilə əlaqələrini götürək. Bu münasibətlər çoxlarının dediyi kimi artan xətt üzrə inkişaf edəcəkmi və əgər belə olsa bunun təkcə Cənubi Qafqaz deyil, Şərqi Avropa və Avrasiya məkanına təsirləri nədən ibarət olacaq? Əsas sual budur. Bizim hamımızı maraqlandıran məsələ budur. Amma indiki məqamda əsas işarə onadır ki, ABŞ əsas etibarilə əvvəllər əldə edilmiş razılaşmalara əməl etməyə davam edir. Regional tərəfdaşlarla əməkdaşlıq davam etdirilir. Rusiyanın regionda, Gürcüstan və Baltikada təcavüzünə qarşı olan ölçülərin təmin edilməsini davam etdiririk. Yəni bu məqamda bunlar artıq mövcuddur. Bu işlər artıq öz axarı ilə davam edir. Sual indi budur: bu administrasiya bu işləri dayandıracaq, yoxsa dayandırmayacaq, ya da bir-iki il ərzində tədricən onların aradan getməsini gözləyib, onları əvəz edəcək yeni təşəbbüslərlə çıxış edəcək. Bu, hələ ki aydın deyil.

Amerikanın Səsi: Siz əvvəlki administrasiyanın yürütdüyü siyasətdə hansısa dəyişikliyi görürsünüzmü?

Bu mərhələdə yaxın gələcəkdə açıq və davamlı münaqişənin baş verə biləcəyinin mümkünlüyünə hazır olmalıyıq. Bunun nəticələri çox ağır ola bilər.

Maykl Çeçire: Hər şey yeni administrasiyanın əvvəlki administrasiyanın artıq gördüyü işlərə münasibətindən, bunların davam etdirilməsi imkanının olub-olmamasından asılı olacaq. Məsələn, Gürcüstanda, Baltikada və NATO-nun şərq sərhədlərində təminat üzrə ölçüləri götürək. Bu, əvvəlki administrasiya tərəfindən həyata keçirilmiş proseslərdir və 2017-ci il büdcəsində əks olunub. Bu, 2018-ci il və bundan sonra öz əksini necə tapacaq? Məsələ bundadır ki, administrasiya bunu davam etdirmək imkanına malikdirmi? Onlar bunun müddətinin bitməsini gözləyəcəklərmi? Yoxsa fəal şəkildə bunların aradan qaldırılmasına çalışacaqlar? Bütün bu suallara cavablar hələlik açıq qalır. Və bunların necə olacağı ilə bağlı aydın cavab yoxdur. Amma bir məsələ mənim fikrimcə, potensial narahatlığa səbəb olur. Bu da ondan ibarətdir ki, bu administrasiya ilə Rusiya arasında münasibətlərin yaxın olduğuna dair bir təsəvvürün olması ölkənin Cənubi Qafqaz və bəlkə də NATO-nun şərq sərhədləri və hətta Ukraynadan uzaqlaşması, bu regionların ABŞ və Rusiya arasında əvvəlki administrasiyanın beynəlmiləl perspektivindən kənarda böyük bir sövdənin qurbanları ola biləcəyinə dair qorxuların artmasına səbəb olur. Tamamilə aydındır ki, bu administrasiyanın müəyyən qlobal maraqları və qobal baxışları olsa da, çoxmillətli və beynəxalq səviyyələrdə aktiv iştirak etmək istəyi baxımından qlobalist və beynəlmiləlçi deyil. Bir tərəfdən bu dəyişikliyi alqışlayan insanlar var, amma fikrimcə, artıq oturuşmuş və regionda tərəqqi və sülhün yaradılmasına kömək etmiş bir sıra qaydalar və normalar sarsıdılır. Mövcud münaqişələrin olmasına baxmayaraq, artıq uzun müddətdir dünayada sülh dövrüdür. Mənə elə gəlir ki, bu, on illərdir düşünülmüş, hazırlanmış və inkişaf etdirilmiş mövcud normalar, qaydaların və qanunların sayəsində mümkün olub. Bu prinsiplərdən geri çəkilmək ABŞ-ın xarici siyasəti üçün qısa müddətdə sərfəli görünə bilər, amma Amerikanın uzunmüddətli maraqları üçün bunun müsbət nəticələri olacağını düşünmürəm.

Amerikanın Səsi: Bu yaxınlarda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Dağlıq Qarabağda cəbhə xəttində toqquşmalar beynəlxalq ictimaiyyət tərəfindən böyük narahatlıqla qarşılanıb. Vəziyyət nə dərəcədə təhlükəli görünür?

Ara-sıra atışmalar və döyüşlərin olması faktı onu göstərir ki, hansısa mərhələdə gərginlik baş verəcək.

Maykl Çeçire: Heç bir şübhə yoxdur ki, regionda vəziyyət təhlükəlidir. Dağlıq Qarabağ və onun ətrafında, bufer zonasında son gərginliklərlə şübhəsiz ki yeni müharibənin başlayıb-başlamayacağı sualı ortaya çıxır. Keçən il aprel ayında müşahidə etdiyimiz səviyyədə toqquşmalar presedenti olmayan qarşıdurmadır. Bunlar təbii ki, təkcə iki ölkə deyil, bütün regionda dağıntılar və qırğınların mümkünlüyü ilə bağlı həyəcan doğurur. Mənə elə gəlir ki, biz bu mərhələdə yaxın gələcəkdə açıq və davamlı münaqişənin baş verə biləcəyinin mümkünlüyünə hazır olmalıyıq. Bunun nəticələri çox ağır ola bilər. Bir-birinə qarşı iki yaxşı silahlanmış silahlı qüvvə mövcuddur, onlar güclü silahlanıb və müəyyən bir nəticə əldə etmək üçün motivasiyaları var. Ara-sıra atışmalar və döyüşlərin olması faktı onu göstərir ki, hansısa mərhələdə gərginlik baş verəcək. Bununla yanaşı Azərbaycanda siyasi dinamika nəzərə alınmalıdır. Dinc yolla münaqişənin nizamlanması üçün kifayət qədər impulsun olmaması kimi bir fikir mövcuddur. Onların nəzərində keçən il apreldə hücumdan sonra nəyəsə nail olunub. Ərazi baxımdan, həmçinin simvolik baxımdan da üstünlüyün əldə edildiyi kimi bir hiss var. Ermənistan tərəfdə isə fikrimcə, belə bir fikir var ki, bu ərazilər və Dağlıq Qarabağ “erməni mədəniyyətinin qorunması” ideyasının əsasında durur. “Biz əsas müharibəni udmuşuq, biz uzun müddətdə bunun saxlanmasına əmin olmalıyıq. Biz Ermənistanın məhvi kimi ritorika aparmış rejimə bir qarış da güzəştə getməməliyik” kimi fikirlər var. Hər iki tərəfdə çox yüksək dərəcədə gərginlik var və bütün bunlara görə müharibənin necə baş verə bilməməsinə inanmaq çox çətindir. Amma Minsk qrupu tərəfindən böyük dəstək var. Rusiya və Birləşmiş Ştatlar açıq müharibənin baş verməməsinə çalışır. Mən inanmıram ki, Rusiya açıq münaqişənin olmasını istəyir. Buna inanmaq üçün yaxşı əsas var. Düzdür, Rusiya münaqişədən öz məqsədləri naminə istifadə edib. Amma onlar nəticədə Azərbaycan və Ermənistan arasında davamlı açıq münaqişənin olmasını istəmir. Hər iki ölkənin Rusiya ilə yaxşı münasibətləri var. Ermənistanın daha yaxın, amma bəzilərinin dediyi kimi Azərbaycan burada daha böyük üstünlüyə malikdir. Buna görə də onlar münaqişənin Rusiyanın, Türkiyənin və nəticədə ola bilsin İranın da cəlb edildiyi regional konfliktə çevrilməsini istəmirlər. İran da cəlb olsa, o zaman yeni narahatlıqlar əlavə olunur. Çox ciddi faktorlar ortadadır.

Amerikanın Səsi: Rusiyanın regionda sülhə nail olunması istiqamətində o zaman səyləri nədən ibarət ola bilər?

Problemin bir tərəfi ondan ibarətdir ki, əgər Rusiya regionda həllə nail olmaq üçün öz nüfuzundan istifadə etməyə çalışsa, o zaman nüfuzunu itirmiş olacaq.

Maykl Çeçire: Regionda gücə və nüfuzə malik Rusiya kimi ölkə də daxil olmaqla heç bir ölkənin münaqişədə böyük rol oynayacağını demək mümkün deyil. Dağlıq Qarabağ münaqişəsində bir çox cəhətdən Birləşmiş Ştatlar və Rusiya eyni mövqedədir. Minsk qrupu, ABŞ, Rusiya və Türkiyə həqitətən də Azərbaycan və Ermənistan qüvvələri arasında münaqişədə yalnız müəyyən dərəcədə rol oynaya bilər. Buna görə də Rusiya, ya da hər hansı bir ölkənin sülhə aparan hansısa bir həll yolunu tutması çox çətindir. Problemin bir tərəfi ondan ibarətdir ki, əgər Rusiya regionda həllə nail olmaq üçün öz nüfuzundan istifadə etməyə çalışsa, o zaman nüfuzunu itirmiş olacaq. Ermənistan Rusiyaya ona görə yaxındır ki, onun təhlükəsizliyi Rusiya ilə müdafiə müqaviləsinə bağlıdır. Azərbaycanla da münasibətlər ona görə balansda saxlanılır ki, Rusiya aqressiv şəkildə bu və ya başqa tərəfi dəstəkləməyə meylli olmasın. Hansı ölkənin bunu edə biləcəyini demək çətindir. Fikrimcə, əsas məsələ ilkin mərhələdə yerində beynəlxalq sülhümüfizə və monitorinq qüvvələri yerləşdirilməli və işğal olunmuş ərazilərdən hərbi qüvvələrin çıxarılması prosesində etibarın yaradılması üçün sabitliyə nail olunmasıdır. Amma mənə elə gəlir ki, hətta bu da hələ mümkün görünmür. Bakıda da, Ermənistanda da hər hansı tərəfdən bir addım belə güzəştə qarşı çıxırlar. Buna görə də sülhümühafizə qüvvələri kimi məsələlərin necə həll ediləciyini demək çətindir. Bu, yeni administrasiyanın məşğul olmalı olacağı bir işdir. Xüsusilə də aktiv münaqişə başlasa və bunun da baş verə bilməsi mümkün ola bilər.

Amerikanın Səsi: Münaqişənin nizamlanması perspektivləri ilə bağlı hər hansı ümid varmı?

Maykl Çeçire: Mən yaxın zamanda bunun baş verəcəyinə nikbin yanaşmıram. İnsanlar arasında əlaqələrin daha çox perspektivi olduğunu düşünürəm. Son illərdə bu işdə müəyyən mənada bir impulsun olduğunun şahidi olmuşuq. Ümid etmək olar ki, bunun vasitəsilə də bir dönüşə nail olmaq mümkündür. Amma bunu söyləmək ifrat nikbinlik hesab edilə bilər. Münaqişənin həlli ilə bağlı indiki durumda bizim ümid edə biləcəyimiz odur ki, gərginliyin qarşısı alınmalıdır. Son 3-4 ildə, hətta deyə bilərik ki, son 10 ildə təmas xəttində münaqişənin intensivliyi baxımından getdikdə Azərbaycan və Ermənistan qüvvələri arasında gərginliyin artdığını görürdük. Biz gərginliyin artmasının qarşısını ala bilərik və danışıqların davam etdirilməsi üçün şəraitin yaradılmasına və bəlkə də hətta hansısa güzəştə nail ola bilərik. Amma bu, indiki şəraitdə bir neçə mərhələdən ibarət bir prosesdir. Hazırkı siyasi ab-hava da bu fəaliyyətlər üçün əlverişli deyil. ABŞ-ın, elə Rusiyanın, Türkiyənin və Minsk qrupunun da nəzərincə, bu gərginliyin artmasının dayandırılmasına nail olmaq üçün birgə səylərə ehtiyac var.

XS
SM
MD
LG