Accessibility links

Maykl Dikerson: ABŞ-ın Azərbaycanda sabitliyi pozmaqda maraqlı olduğu barədə yayılan ittihamlar yalandır və absurddur


“Son zamanlar mətbuatda ABŞ-ın Azərbaycanda sabitliyi pozmaqda maraqlı olması barədə yayılan ittihamlar yalandır və absurddur.”

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson (Michael Dickerson) səfirliyin Facebook səhifəsində yaydığı video müraciətində Milli Şuranın oktyabrın 19-da keçirdiyi aksiyadan sonra Azərbaycanın bir sıra media vasitələrində ABŞ-a qarşı ittihamlara cavab olaraq bildirib. Həmin KİV-lər hətta Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin ABŞ Səfirlyinin və Avropa İttifaqının əməkdaşı ilə telefon danışığının audio yazısını yayıb və sonradan audio yazılar silinib.

"Bununla əlaqədar məqalələrin və verilişlərin geri çəkilməsini və qaldırılmasını təqdir edirik. Azərbaycan müstəqillik qazandıqdan sonra ABŞ müstəqil, sabit, firavan və demokratik bir Azərbaycanı dəstəkləyib. Son 26 il ərzində biz Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərmişik. Bu, çoxsaylı azərbaycanlıların həyatında müsbət dəyişiklik yaradıb. Buraya təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, vətəndaş cəmiyyəti, iqtisadi inkişaf, qadın sahibkarlığı, turizm və təhsilin yaxşılaşdırılmasına kömək daxildir. 25 il əvvəl "Əsrin müqaviləsi"nin imzalanmasından başlamış və Cənub Qaz Dəhlizinin inşası da daxil olmaqla, ABŞ həmişə Azərbaycanın enerji ehtiyatlarını, Azərbaycanın öz şərtləri ilə emal və ixrac etmək üçün müstəqil və suveren hüququnu dəstəkləyib. ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində tərəflərlə işləmək əzmindədir. 1993-cü ildən bəri münaqişə nəticəsində öz torpaqlarından didərgin düşən azərbaycanlılara 125 milyon dollardan çox yardım göstərmişik. Biz Azərbaycan hökuməti və xalqı ilə tərəfdaşlığımızı və dostluğumuzu yüksək qiymətləndiririk. Sonrakı illərdə də hər iki xalqın qarşılıqlı mənfəəti naminə əməkdaşlığımızı dərinlədirməyi davam edəcəyimizə ümid edirik," müvəqqəti işlər vəkili qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG