Accessibility links

Maykl Duqlasla Ketrin Zeta Cons ayrıldığı deyilir


Hollivud ulduzları Maykl Duqlas və Ketrin Zeta Cons ayrılmaq və bir müddət bir-birindən ayrı yaşamaq qərarına gəlib.

Yayılan məlumatlara görə, çütlüyün 13 illik evliliklərini qorumaq üçün çox çalışmasına baxmayaraq, onlar artıq ayrılmaq istəyir. Amma heç bir tərəf boşanma və ya qanuni ayrılıq üçün müraciət etməyib.

Onların ayrılmaları barədə söz-söhbət ilk dəfə Mayklın tənha qolf oynadığı xəbəri yayıldıqdan sonra başlayıb. Axı o, daim Ketrinlə qolf oynayardı. Bir də, Ketrinin 300 milyon dollarlıq iddia ilə boşanmaya dair məhkəmə prosesini başladacağı barədə də danışılırdı. Lakin ulduzların nümayəndələri bu xəbəri təkzib edib.

Britaniya jurnallarından biri çütlüyə yaxın mənbədən aldığı məlumata istinadən bildirib ki, boşanma sonuncu mərhələ olacaq. Biz isə onların barışacaqlarına ümid edirik. Cütlük bu ilin aprel ayının 22-dən bəri ictimayyətdə bərabər görünməyib.
XS
SM
MD
LG