Accessibility links

Maykl Flinnin məhkəmə hökmü təxirə salınıb


ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnin məhkəmə qərarı təxir salınıb. Federal hakim Flinnin vəkillərinin hökmün yubadılması tələbini nəzərə alaraq, məhkəməni mart ayına təyin edib.

Xüsusi prokuror Robert Müller Rusiya ilə əlaqələri ilə bağlı federal Təhqiqat Bürosuna yalan söyləyən Flinnin istintaqla əməkdaşlıq etdiyinə görə həbs edilməməsini tövsiyə etmişdi.

Flinn Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə qarşılıqlı əlaqələri haqqında FBI-ya yalan söylədiyini etiraf edib.

O, Türkiyədəki lobbiçilik haqqında bir sıra yalan ifadələr də verib.

O zaman Flinn FBI-ın Rusiyanın müdaxiləsi ilə bağlı apardığı istintaqın bir hissəsi olaraq Kislyak ilə bütün telefon danışıqlarının lentə alındığını bilməyib.

Təqaüddə olan ordu generalı və Müdafiə Nazirliyinin Kəşfiyyat Agentliyinin keçmiş rəhbəri Flinn Donald Trampın prezidentliyi dövründə ilk milli təhlükəsizlik müşaviri olub. Rusiya qalmaqalı ilə bağlı o, bir aydan sonra istefa verməyə məcbur olub.

Prezident Tramp bu araşdırmanı “İfritə Ovu” adlandırıb və 2016-cı il prezident seçkilərində Rusiya rəsmiləri ilə heç bir sövdələşmə olmadığını bildirib.

XS
SM
MD
LG