Accessibility links

Maykl qasırğası ABŞ-ın şimal-şərq bölgəsinə doğru hərəkət edir


Birləşmiş Ştatların Milli Qasırğa Mərkəzi tropik Maykl tufanının demək olar ki, qasırğa gücündə olduğunu bildirib və Kubanın Pinar del-Rio vilayətinə qasırğa ilə bağlı xəbərdarlıq edib.

Maykl qasırğası saatda 110 kilometr sürətlə küləyin müşayiəti ilə hərəkət edir. Mərkəz qasırğanın bazar ertəsi Yukatan kanalı, çərşənbə gününə qədər isə Meksika Körfəzinə doğru hərəkət edəcəyini bildirib.

Milli Qasırğa Mərkəzi​ Maykl qasırğasının gətirdiyi yağışların Kubanın dağlıq ərazilərində güclü sellərə və torpaq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Meteoroloqlar ​qasırğa şəraitinin Kubanın Pinar del-Rio vilayətinin qərb bölgələrində gözlənildiyini bildirir. ​

Maykl qasırğasının çərşənbə günü Floridanın Panhendl, ya da Biq Bend ərazisinə istiqamətində, ondan sonra isə şimal-şərq bölgəsindən keçərək, cümə axşamı Birləşmiş Ştatların cənub-şərqinə doğru hərəkət edəcəyi gözlənilir.

XS
SM
MD
LG