Accessibility links

Maykl qasırğası iki nəfərin həyatına son qoyub


Maykl tropik qasırğasının cümə axşamı Georgiya ştatından Karolinalar və Virciniya ştatlarına doğru istiqamət aldıqdan sonra zəifləyəcəyi gözlənilir.

Güclü küləklə müşayiət olunan qasırğa bu günə qədər ABŞ-da iki nəfərin həyatına son qoyub. Ağacların evin üstünə aşması nəticəsində Georgiya ştatında 11 yaşlı qız və Florida ştatında isə bir kişi ölüb.

Milli Qasırğa Mərkəzi küləyin saatda 220 km. sürətlə əsdiyini və 4-cü kateqoriyaya çatan qasırğanın çərşənbə günü səhər Floridanın Penhendl ərazisini vurduğunu bildirib.

Gələn bir neçə gün ərzində Florida, Alabama və Corciya ştatlarında yağışın həcminın 10-dan 20 santimetrə çatacağı gözlənilir.

Florida ştatının qubernatoru Rik Skot çərşənbə axşamı Tweeter səhifəsində sahil bölgələrdə yaşayanlara evakusiya edilmələrini tövsiyə edib.

XS
SM
MD
LG