Accessibility links

Maykl Lalli: Bu ilin martında ABŞ-da Azərbaycanla biznes konfransı keçiriləcək [Video]


Maykl Lalli: Bu ilin martında ABŞ-da Azərbaycanla biznes konfransı keçiriləcək
please wait

No media source currently available

0:00 0:04:06 0:00

Maykl Lalli: Bu ilin martında ABŞ-da Azərbaycanla biznes konfransı keçiriləcək

ABŞ Ticarət katibinin müşavirinin müavini Azərbaycana səfərinin yekunları ilə bağlı brifinq keçirib

"Azərbaycana səfərimin əsas məqsədi Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələri genişləndirmək və dərinləşdirməkdir".

Bu barədə ABŞ Ticarət katibinin Avropa, Orta Şərq və Afrika regionu üzrə müşavirinin müavini Maykl Lalli Azərbaycana səfərinin yekunları ilə bağlı dekabrın 2-də keçirdiyi brifinqdə deyib.

O, ABŞ-la Azərbaycanın kommersiya əlaqələrinin uzun tarixinin olduğunu bildirib.

İqtisadi əlaqələr və biznesin inkişafı sahəsində çox böyük potensial mövcuddur.

“Birgə əməkdaşlığmız sayəsində artıq iqtisadi, biznes əlaqələrinin inkişafında müəyyən irəliləyişlər əldə etmişik. Azərbaycana səfərim zamanı gələcəkdə bu sahədə irəliləyişlərin potensialı barədə müzakirələr apardıq. İqtisadi əlaqələr və biznesin inkişafı sahəsində çox böyük potensial mövcuddur. Azərbaycan prezidenti bu il ABŞ-a səfəri zamanı istər hökumətlər arasında, istərsə də bizneslər arasında əlaqələrin inkişafı ilə bağlı çox vacib görüşlər və müzakirələr keçirib”, ABŞ Ticarət katibinin Avropa, Orta Şərq və Afrika regionu üzrə müşavirinin müavini qeyd edib.

Cənab Lallinin dediyinə görə, prezident Əliyevin ABŞ-a səfəri zamanı razılığa gəlinib ki, ABŞ-ın və Azərbaycanın özəl sektorunda çalışan şəxslərin birgə fəaliyyəti çox vacibdir və bu, Azərbaycan iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun inkişafı konsepsiyasına uyğundur.

O, Azərbaycan prezidentinin bu il Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşünü də yada salıb.

ABŞ-ın və Azərbaycanın özəl sektorunda çalışan şəxslərin birgə fəaliyyəti çox vacibdir və bu, Azərbaycan iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun inkişafı konsepsiyasına uyğundur.

“Prezident görüşdə Azərbaycan iqtisadiyyatının diversifikasiyasının mühüm məsələlərinə toxunub və AmCham-ın bu işə verəcəyi töhfəni yüksək qiymətləndirib. Bu müzakirələrdən sonra Azərbaycandakı Amerika Ticarət Palatası çox vacib olan sənədlə çıxış edib, 16 tövsiyə verib. Bu tövsiyələr Azərbaycanda biznesin inkişafı sahəsinə mühüm təkanlar verə bilər".

O, dünən prezident Əliyevlə görüşdə sözügedən tövsiyyələr barədə danışdığını bildirib.

“Çox ümid edirəm ki, müzakirələrimiz və AmCham-ın dərc etdiyi sənəd (“Ağ sənəd”-red) Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına, qanunun aliliyinin gücləndirilməsinə, eyni zamanda iqtisadiyyat və vergilər sahəsində həyata keçirilən islahatların yaxşılaşdırılmasına kömək və təkan verəcək”, o qeyd edib.

M.Lalli Azərbaycan və ABŞ arasında son illər iqtisadiyyatın və biznesin inkişafı üçün yaxşı əlaqələrin yaradıldığını deyib.

Son 3 il ərzində 35-ə yaxın ABŞ şirkətinin nümayəndələri Azərbaycana səfərlər edib. Səfərlər zamanı ümumilikdə 200-ə yaxın görüşlər keçirilib.

“Son 3 il ərzində 35-ə yaxın ABŞ şirkətinin nümayəndələri Azərbaycana səfərlər edib. Səfərlər zamanı ümumilikdə 200-ə yaxın görüşlər keçirilib. Keçirilən görüşlərin nəticələrini artıq görürük. ABŞ-ın Honeywel şirkətinin Azərbaycanda artıq ofisi fəaliyyətə başlayıb. 2017-ci ilə dair planlardan danışarkən deyim ki, müəyyən proqramlaşdırma işləri həyata keçirilir. Bunlardan biri ABŞ-ın Azərbaycanda Ticarət Palatasının fəaliyyəti nəticəsində martda Amerikada keçiriləcək konfrans olacaq. Bu, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına və nailiyyətlərin əldə olunmasına təkan verə biləcək tədbirdir. Azərbaycan artıq məqsədlərini müəyyənləşdirib, - bu məqsədlər qeyri-neft sektorunun inkişafı və diversifikasiya siyasətidir. Düşünürəm ki, bu məqsədi əldə etmək üçün müəyyən işlər görülməlidir”.

O bildirib ki, Azərbaycandakı Amerika Ticarət Palatasının təkliflərindən ikisi biznes mühitinin inkişafı və qeyri-neft sahəsini hədəfləyən investisiyanın cəlb olunmasıdır.

“Bu istiqamətdə Azərbaycanda islahatlar keçirilir. Bu islahatlar sərmayənin Azərbaycana gətirilməsinə təkan verir. Amerika biznesmenlərinin Azərbaycana marağını müşahidə edirik və bu istiqamətdə işləyirik”.

Bölgədə Azərbaycan yeganə dövlətdir ki, ABŞ-la birbaşa hava əlaqəsi var.

O, Amerikanın Səsinin ABŞ-ın orta və kiçik biznesinin Azərbaycanda fəaliyyəti ilə bağlı sualının cavabında ABŞ-Azərbaycan ticarət əlaqələrinin inkişafda olduğunu deyib.

“Bölgədə Azərbaycan yeganə dövlətdir ki, ABŞ-la birbaşa hava əlaqəsi var. Bu əlaqələrin mövcudluğu sayəsində yüklərin, insanların, biznesmenlərin birbaşa əlaqələri təmin olunub. Bu özlüyündə vacib olan bir faktdır. Azərbaycanla informasiya texnologiyaları, kommunikasiya və kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün böyük potensial var. Azərbaycan ABŞ-la kosmos sahəsində əməkdaşlıq həyata keçirir. ABŞ-ın ən son texnologiyalarından istifadə olunmaqla, Azərbaycanın peyki fəaliyyət göstərir”, o qeyd edib.

Cənab Lalli gələcəkdə ticarət sahəsində imkanların genişlənməsi üçün AmCham-ın hesabatında yer alan təkliflərin həyata keçirilməsini vacib sayır.

Digər iki vacib məqam, - vergilər, hüquq- mühafizə və məhkəmə sahəsində islahatları həyata keçirməkdir. Bu islahatlar nəticəsində Azərbaycanda biznesin inkişafı, biznesin fəaliyyəti üçün müəyyən dərəcədə şəffaflıq imkanları yaranar.

“Yəni, özəl sektorun təmsilçilərinin maraqları nəzərə alınmalı, onların səslərini dinləmək üçün hökumət müəyyən fəaliyyətlər göstərməlidir. Hökumətlərin fəaliyyətləri nəticəsində özəl sektorun daha yaxşı fəaliyyət göstərməsi üçün müəyyən qanunvericilik tətbiq olunmalıdır. Digər iki vacib məqam - vergilər, hüquq-mühafizə və məhkəmə sahəsində islahatları həyata keçirməkdir. Bu islahatlar nəticəsində Azərbaycanda biznesin inkişafı, biznesin fəaliyyəti üçün müəyyən dərəcədə şəffaflıq imkanları yaranar. Yəni, özəl şirkətlərin təmsilçiləri işlərini daha yaxşı şəraitdə həyata keçirə bilərlər”, ABŞ Ticarət katibinin Avropa, Orta Şərq və Afrika regionu üzrə müşavirinin müavini vurğulayıb.

XS
SM
MD
LG