Accessibility links

Təbriz və Marağada kriptovalyuta mayninqi ilə əlaqədar həbslər baş verib


Son bir həftə ərzində Şərqi Azərbaycan və Zəncan vilayətlərində kriptovalyuta mayninqi üçün istifadə edilən təqribən 200 qanunsuz cihaz aşkar edilib.

Şərqi Azərbaycan polis komandiri general Hüseyn Əbdinin verdiyi açıqlamalara əsasən, Təbrizdə ələ keçirilən təchizatla əlaqədar 4 nəfər nəzarət altına alınıraq məhkəmə qurumuna təslim edilib.

Cihazlar qapadılmış bir emalatxanada aşkar edilib. İSNA agentliyi emalatxanada bir milyard 500 milyon tümən dəyərində olan 150 kompüter təchizatının müsadirə edildiyinə dair məlumat yayıb.

Marağa şəhərinin polis idarəsi isə qanunsuz kriptovalyuta mayninqi ilə əlaqədar 3 nəfərin saxlanıldığını və 12 cihazın ələ keçirildiyini açıqlayıb.

Son günlər Zəncanda da mayninq cihazları aşkar edilib. İSNA xəbər agentliyinə istinadən, Zəncan vilayətində bu günə qədər dövlət 2127 ədəd mayninq təchizatını müsadirə edib.

Zəncan elekrik şəbəkəsi şirkətinin məlumatına əsasən, kriptovalyuta səbəbilə vilayətdə elektrik istehlakı 29 faiz artıb.

Həmçinin, dövlət agentliyi İRNA Ərdəbil vilayətində evində mayninq cihazları aşkar edilən bir şəxsin 200 milyon tümən cərimə cəzası aldığını bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG