Accessibility links

McAfee antivirus proqramının qurucusu İspaniya həbsxanasında ölü halda tapılıb


McAfee antivirus proqramının yaradıcısı Con Makafi Barselona yaxınlığındakı bir həbsxanada ölü tapılıb. Bu barədə İspaniya hökumətinin rəsmisi Associated Press-ə çərşənbə günü bildirib.

Onun ölümündən bir neçə saat əvvəl İspaniya məhkəməsi 75 yaşlı maqnatın vergi cinayəti ilə əlaqədar ABŞ-a ekstradisiya olunması üçün ilkin qərar çıxarıb.

Təhlükəsizlik işçiləri ilk əvvəl onu həyata qaytarmağa cəhd etsə də həbsxananın tibbi qrupu nəhayət onun ölümünü təsdiqləyib. Bu barədə məlumatı Katalan regionun hökumətinin açıqlamasında bildirilir.

Bəyanatda Makafinin adı bildirilməsə də, məlumatda qeyd olunur ki, 75 yaşlı ABŞ vətəndaşı ölkəsinə ekstradisiya olunmağı gözləyirmiş.

Adını açıqlamayan Katalan hökümətinin bir rəsmisi Associated Press-ə ölən şəxsin Makafi olduğunu təsdiqləyib.

Con Makafi bu ayın əvvəlində İspaniyada keçirilən məhkəmədə ona qarşı qaldırılan ittihamların siyasi motivli olduğunu və ekstradisiya olunduğu təqdirdə ömrü boyu həbs olunacağını iddia etmişdi. Lakin məhkəmə bazar ertəsi onun ekstradisiyasını təsdiqləyib.

Məhkəmənin qərarı çərşənbə günü açıqlanıb və qərar apelyasiyaya açıq idi. Ekstradisiyaya dair son qərar isə İspaniya Kabineti tərəfindən təsdiqlənməli idi.

ABŞ-ın Tennesi ştatının prokurorları Makafiyə qarşı kriptovalyutalarla bağlı məsləhət xidmətləri göstərərkən əldə etdiyi gəlirləri verigidən yayındırması ilə bağlı ittiham qaldırıb. Eləcə də o, özü haqqında çəkilən sənədli filminin müəlliflik hüququnu satmasından sonrakı gəlirləri də verigən yayındırmaqda ittiham olunur.

O, bu cinayyət ittihamları səbəbilə 30 il həbs cəzası ilə üzləşirdi.

Sahibkar ötən ilin oktyabr ayında Barselonanın beynəlxalq hava limanında həbs edilib. Hakim həmin vaxt Makafinin ekstradisiyası ilə bağlı məhkəmənin qərarı çıxana qədər həbsxanada saxlanılması barədə əmr çıxarıb.

XS
SM
MD
LG