Accessibility links

McDonald-ın simasında "McJesus" eksponatı ərəb xristianların qəzəbinə səbəb olub


İsraildə açılan sərginin eksponatı ərəb xristianların qəzəbinə səbəb olub.

Ronald Makdonaldın "McJesus" adlı heykəldə çarmıxa çəkildiyini göstərilən əsərin sərgidən çıxarılması tələb olunur. Əsər Hayfa şəhərində keçən həftədən nümayişə qoyulub.a

İsrail polisinin bildirdiyinə görə, etirazçıların muzey qarşısında yanğın bombalarından istifadə edib, polis üzərinə daş atması 3 zabitin xəsarət alması ilə nəticələnib. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və şok qumbaralarından istifadə edilib.

Kilsə nümayəndələri məhkəməyə müraciət edərək sərginin bu ən bahalı eksponatının götürülməsini tələb edib. Muzeydə qan içərisində İsa heyğəmbəri tutan Məryəm ananın Barbi kuklası obrazındakı nümayişi də qəzəblərə səbəb olub.

Muzeyin direktoru Nassim Tal buna təəccüb etdiyini bildirib. O deyib ki, məqsəd kapitalizmə ibadət kimi icmalar arasında kultu tənqid etməkdir. O, bu sərginin digər ölkələrdə heç bir insident baş vermədən göstərildiyini qeyd edib.

Muzey sənət əsərinin muzeydən çıxarılmasından imtina edərək, bunu ifadə azadlığına zidd adlandırıb. Lakin etirazlardan sonra muzeyin qapısında sərginin təhqir mənası daşımadığı sözləri ilə plakat asılıb.

Etirazçıları plakat qane etməyib. Onlar "dinlərə hörmət" çağırışı ilə muzey önündə düşərgə qurub.

Əsərin finlyandiyalı müəllifi Yani Leinonen əsərin nümayişdən çıxarılmasını tələb edib. O bunu başqa səbəblə izah edib.

Leinonen deyib ki, fələstinlilərin siyasətini dəyişməsi üçün İsrailə qarşı hərəkatını dəstəkləyir.

Muzey isə nə dinlər, nə də siyasət qarşısında diz çökəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG