Accessibility links

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Pakistandadır


Birləşmiş Şatatların milli təhlükəsizlik üzrə müşaviri H.R. Makmaster Pakistanda mülki və hərbi rəsmilərlə görüşərək, ikitərəfli təhlükəsizlik və qonşu Əfqanıstanda sabitliyin bərpası ilə bağlı məsələləri müzakirə edib

Cənab Makmaster İslamabada bazar ertəsi, Kabildə Əfqanıstan liderləri ilə üsyançılara və terrora qarşı mübarizədə Birləşmiş Ştatlar hərbi qüvvələrinin ölkədəki missiyasını qiymətləndirmək üçün apardığı danışıqlardan bir gün sonra gedib.

Görüşdən az sonra Əfqanıstanın yerli televiziyası ilə çıxış edən cənab Makmaster Amerika hərbi qüvvələrinin Əfqanıstana əlavə hərbi qüvvə göndərəcəyi ilə bağlı planı da daxil edilməklə, Tramp administrasiyasının bu ölkə ilə bağlı yeni strategiyasının olub-olmadığına dair şərh verməyib.

Bu, prezident Donald Trampın H.R. Makmasteri milli təhlükəsizlik üzrə müşavir təyin etməsindən sonra onun regiona ilk səfəridir. Onun bu səfəri Əfqanıstan ordusuna Talibanla mübarizədə yardım edən 8 400 əsgərdən ibarət qüvvəyə daha bir neçə min əsgərin əlavə edilməsi təklifindən sonraya təsadüf edir.

XS
SM
MD
LG