Accessibility links

Məcburi köçkünlər Bakıda yolu bağlayıblar


Məcburi köçkünlərin etiraz aksiyası
Məcburi köçkünlərin etiraz aksiyası

Onlar məişət problemlərinin həll edilməsini tələb edir

Fevralın 13-də səhər saatlarında yüzə yaxın məcburi köçkün Bakıda Tbilisi prospektində Nəqliyyat Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerləşdiyi ərazidə yolu bağlayıb.

Aksiya iştirakçıları onların məişət problemlərinin həllini tələb edib.

Nəticədə kilometrlik tıxac yaranıb. Polis hərəkəti bərpa etməyə çalışır. Qaçqınların dəqiq tələbləri hələlik məlum deyil. Şahidlərin sözlərinə görə, onlar mənzil probleminin həllini tələb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG