Accessibility links

2012-ci ildə məcburi köçkünlərin sayı 32 milyon təşkil edib


2012-ci ildə təbii fəlakətlər səbəbi ilə 32 milyon insan evindən didərgin düşüb. Məcburi köçkünlərin böyük qisməti inkişaf etməkdə olan ölkələrin payına düşür.

Ötən il təbiət insanlara acımayıb. Bu, Daxili Köçkün Monitorinqi Mərkəzinin sözçüsü Kleyr Spurrelin sözləridir. “2012-ci ildə bir il əvvəllə müqayisədə didərgin düşən insanların sayı 2 dəfə artmışdı. Buna daşqınlar, meşə yanğınları və zəlzələlər səbəb olmuşdu.”

Ekstrimal hallar son zamanlar daha artıq ölkədə müşahidə edilir. Təbii fəlakətlər insanları davamlı şəkildə bir yerdən başqa yerə köcmək məcburiyyəti qarşısında qoyur.

Son 5 ildə qlobal yerdəyişmənin 80 faizi Asiyanın payına düşüb. Hindistan ötən il daşqınlara səhnə olub. Bu səbəbdən 6.9 milyon insan evindən didərgin düşüb.

Afrika isə bu sahədə birincilik əldə edib. Keçən il məcburi köçkünlərin sayı bu qitədə 8.2 milyon nəfər təşkil edib.

Lakin təbii fəlakətlərdən əlavə insanların məcburi şəkildə yer dəyişməsinə münaqişələr də yol açıb. Pakistan, Cənubi Sudan kimi ölkələrdə ərzaq qıtlığı və münaqişələr səbəbi ilə evlərini tərk edən insanlar ciddi daşqınlar və fırtınalarla üzləşib.

Lakin Amerika kimi zəngin ölkələr də istisna təşkil etmir. ABŞ-da ötən il 900 min adam Sendi qasırğasının təsirinə məruz qalıb.

2011-ci ildə Yaponiya zəlzələ, sunami və atom stansiyasında fəlakətlə üzləşmiş, çoxsayda insan tələfatı verməklə yanaşı, hədsiz sayda didərgin düşmüş insanlara ev sahibliyi etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG