Accessibility links

Kürdəmir Rayon Mərkəzi Kitabxanasında Amerika guşəsi açılıb


Kürdəmir Rayon Mərkəzi Kitabxanasında Amerika guşəsi açılıb
Kürdəmir Rayon Mərkəzi Kitabxanasında Amerika guşəsi açılıb

Səfir Amerika Guşəsinin açılışında etdiyi çıxışında Guşənin yerli icma üçün vacibliyini deyib

ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta iyulun 19-da Kürdəmirdə rayon mərkəzi kitabxanasında Amerika guşəsinin açılışında iştirak edib.

Səfirliyin məlumatına görə, səfir Sekuta Amerika Guşəsinin açılışında etdiyi çıxışında Guşənin yerli icma üçün vacibliyini deyib.

Açılış mərasimində Kürdəmir rayonunun İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Səfir Sekuta Kürdəmirin Mərkəzi Kitabxanasına yeni avadanlıq, texnika, lazımı materiallar və kitablar hədiyyə edib.

Səfir gələcəkdə Guşədən istifadə edəcək yerli sakinlərlə görüşərək onlarla Amerika Guşəsinin nə dərəcədə kömək edə biləcəyini və yerli icmanın bundan necə faydalana biləcəyindən danışıb.

Kürdəmirdəki Amerika Guşəsində ingilis dilini öyrənmək və təhsil proqramları ilə tanış olmaq olar.

Qeyd edək ki, Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən

böyük Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika Guşələri də daxildir. Bu Mərkəz və Guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG