Accessibility links

Bakıda “Əli və Nino” filminin çəkilişləri başlayıb [Fotoqalereya]


“Əli və Nino” filminin çəkilişləri
“Əli və Nino” filminin çəkilişləri

İçəri şəhərdə avtomobillərin hərəkəti martın 2-dən 14-dək məhdudlaşdırılacaq

“Əli və Nino” filminin çəkilişləri ilə əlaqədar İçəri şəhərdə avtomobillərin hərəkəti martın 2-dən 14-dək məhdudlaşdırılacaq.

Bu barədə “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Məlumata görə, martın 4-dən İçəri şəhərin Qoşa Qala qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq.

Çəkilişlər əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaq. Əsərdə dövrlə bağlı obraz və hadisələri dolğun canlandırmaq üçün həmin məkanlarda XIX əsrin sonu və XX əsrin əvvəlindəki Bakı mühitinə uyğun dekorasiyalar qurulacaq.

İdarədən bildiriblər ki, çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.

Martın 1-dən başlayaraq “İçəri şəhər” də“Əli və Nino” filminin çəkilişləri başlayıb.

Filmin icraçı prodüseri Leyla Əliyeva, rejissoru Asif Kapadia, ssenari müəllifi Kristofer Hempton, Əli rolunun ifaçısı Adam Bakri, Nino obrazını isə Maria Valverde canlandrır. Qurban Səidin “Əli və Nino” romanı XX əsrin orijinal əsərlərindən biri hesab olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG