Accessibility links

Tahir Salahov Fransanın "Şərəf Legionu" ordeni ilə təltif edilib


 Tahir Salahov Fransanın "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilib
Tahir Salahov Fransanın "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilib

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin saytı məlumat verib

Martın 18-də İçərişəhərdə, Tahir Salahovun ev muzeyində Azərbaycanın xalq rəssamı, Tahir Salahov Fransa Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin saytı məlumat verib.

Hökumət rəsmilərinin, Bakıdakı diplomatik korpusun nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə çıxış edən Fransanın ölkəmizdəki səfiri Paskal Menye bildirib ki, Tahir Salahov öz əsərləri ilə Qərb və Şərq arasında körpü yaradan sənətkarlardandır.

O, özünəməxsus tərzdə -boyaların dili ilə Fransa xalqının da qəlbini fəth edib.

Rəssam Parisdə təşkil edilən sərgilərində Azərbaycan xalqının malik olduğu yüksək mədəni dəyərləri bir daha qərb tamaşaçılarının diqqətinə çatdırıb.
Tahir Salahov da öz növbəsində səfirə və Fransa dövlətinin başçısına minnətdarlığını bildirib.

Rəssam deyib: "İlk dəfə 1963-cü ildə Fransada təşkil edilən sərgidə gənc rəssam kimi iştirak etməyimə baxmayaraq əsərlərim sevildi. Dünya şöhrətli bəstəkar Qara Qarayevin portreti xüsusi maraqla qarşılandı".

Sonda bütün iştirakçılara minnətdarlığını bildirən Tahir Salahov bu mükafatı təkcə özünə yox, bütövlükdə Azərbaycan təsviri sənətinə verilən yüksək qiymət kimi dəyərləndirib

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG