Accessibility links

Əkrəm Əylisli Heydər Əliyev aeroportunda saxlanılıb (Yenilənir)


Daxili İşlər Nazirliyi yazıçı Əkrəm Əylislinin Bakı aeroportunda saxlanılmasına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

***

Yazıçı Əkrəm Əylisli bu gün səhər Bakı aeroportunda saxlanılıb. O, Venesiyada martın 30-u aprelin 2-i müddətində keçirilən “Incroci Di Civilta” Beynalxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxırdı.

Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı idi. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Həyat yoldaşı Qalina Əylislinin Turana bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu bildirilməyib.

N.Əylisinin dediyinə görə, Ə.Əylisli böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş polis idarəsinin aeroportdakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.

Xatırladaq ki. Ə.Əylisli 2013-cü ildə yazdığı “Böyük tıxac” əsərinə görə rəsmi Bakının qəzəbinə gəlib, ona qarşı hökumətyönlü mediada antikampaniya başlamışdı. Yazıçını yazdığı bu əsərdə erməni təbliğatı aparmaqda ittiham edirdilər.

XS
SM
MD
LG