Accessibility links

Bakı Amerika Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi qeyd olunub [Video]


Bakı Amerika Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi qeyd olunub
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Bakı Amerika Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi qeyd olunub

Amerika Mərkəzi beş mindən çox tədbir təşkil edib, 250 mindən çox iştirakçını qəbul edib

ABŞ-ın Azərbaycandakı səfirliyinin Dillər Universitetində yerləşən Amerika Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə hər iki ölkənin himni səsləndirilib.

ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən mərasimdə Amerikanın səfiri Robert Sekuta bildirib ki, mərkəz Amerika mədəniyyəti, dəyərləri, ABŞ təhsil sistemi haqqında informasiyanın daha geniş auditoriyaya çatdırılması baxımından həyata keçirilən ən səmərəli proqramlardan biridir.

“Mərkəz şagirdləri, məzunları, təhsil və mədəniyyət işçilərini bir araya gətirir. Fəaliyyət göstərdiyi on ildə Bakı Amerika Mərkəzi beş mindən çox tədbir təşkil edib, 250 mindən çox iştirakçını qəbul edib, 500 stajçı və könüllünün bilik-bacarıqlarının inkişaf etməsinə köməklik göstərib. Mərkəzə ev sahibliyi etmiş Dillər Universiteti ilə ABŞ səfirliyi arasında həyata keçirilən əməkdaşlığın əhəmiyyətini daha da möhkəmləndirmək baxımından 10-cu ildönümünün qeyd olunması vacibdir”, səfir qeyd edib.

Dillər Universitetinin prorektoru Əfqan Abdullayev Amerika Mərkəzinin on illik fəaliyyətindən danışıb, onun həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətini vurğulayıb.

Mərasimdə səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəhbəri Conatan Henikin video müraciəti və təbriki səslənib.

Daha sonra tədbirdə uşaqlar rəqslərini nümayiş etdiriblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG