Accessibility links

IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olacaq


İyulun 30-da Qəbələdə IX Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olacaq.

AZƏRTAC xəbər verir ki, proqrama uyğun olaraq festivalın üç konserti və rəsmi açılış mərasimi olacaq.

Belə ki, bu gün saat yerli vaxtla 18:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqress Mərkəzinin kamera zalında Azərbaycanın gənc pianoçularının və musiqiçilərin iştirakı ilə kamera konserti olacaq.

Konsertdə “Furioso” kvarteti musiqisevərlərə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcək.

Həmçinin, bu gün Şəki şəhərində Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti olacaq. Axşam saat 21:00-da isə Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində beynəlxaq musiqi festivalının rəsmi açılış mərasimi olacaq.

Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti olacaq.

Musiqi festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG