Accessibility links

Salyanda Amerika Mərkəzi açılıb


Sentyabrın 29-da ABŞ Dövlət Departamentinin Qafqazla Əlaqələr və Regional Münaqişələr Şöbəsinin rəhbəri Alisia Allison və ABŞ Səfirliyinin İctimai əlaqələr şöbəsinin rəhbəri Karolayn Səvic Salyan rayonunda (Bakıdan 129 kilometr cənub) Salyan Amerika Mərkəzini açıb. Açılış mərasimində həmçinin Salyan rayon İcra Hakimiyyətinin və Mədəniyyət nazirliyinin nümayəndələri iştirak edib.

Mərkəz Salyan Mərkəzi Kitabxanasında yerləşir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, ABŞ səfirliyinin nümayəndələri kitabxananın dil təlimi və təhsil proqramlaşdırılması üçün nəzərdə tutulmuş güşəsinə yeni materiallar təqdim edib.

Salyanda Amerika Mərkəzi açılıb
Salyanda Amerika Mərkəzi açılıb

Xanım Səvic güşədə təqdim olunan proqramları və yerli məktəblilərin gələcək planlarını müzakirə etmək üçün onlarla görüşüb.

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır. Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG