Accessibility links

Əli Həsənov telekanallarda dövlət dilində pis danışıldığını deyir


Əli Həsənov
Əli Həsənov

"Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan sözlərin işlədilməsinin şahidi oluruq."

Bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov oktyabrın 6-da mediada dövlət dilindən istifadə olunmasına həsr edilmiş konfransda bildirib.

Həsənov ölkə prezidentinin Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi haqqında 2012-ci ildə imzaladığı sərəncamı xatırladıb.

"Sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-də işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır. Çox zaman filmlərin dublyajında, xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur. Küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir."

Həsənov vurğulayıb ki, sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb.

XS
SM
MD
LG