Accessibility links

Elmin Bədəlov: Gəncləri azad ruhlu görmək istəyirəm [Video-Müsahibə]


Elmin Bədəlov: Gəncləri azad ruhlu görmək istəyirəm
please wait

No media source currently available

0:00 0:05:47 0:00

Elmin Bədəlov: Gəncləri azad ruhlu görmək istəyirəm

Azərbaycan Dağınıq Oda Teatrının təsisçi Amerikanın Səsinə müsahibəsində gənclərin teatra marağından danışıb

Azərbaycan Dağınıq Oda (ADO) Teatrının təsisçi və bədii rəhbəri Elmin Bədəlov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda gənclərin problemləri və teatra marağından danışıb.

Amerikanın Səsi: Bu gün ölkədə Gənclər Günü qeyd olunur. Siz də gəncsiniz. Eyni zamanda daha çox gənclərdən ibarət “ADO” (Azərbaycan Dağınıq Oda Teatrı) teatrında çalışırsınız. Yaradıcı gənc olaraq bu günü bayram olaraq hiss edirsinizmi ?

Bu problemlərdən dolayı insan bayramı hiss eləmir, şəxsən mən hiss eləmirəm.

Elmin Bədəlov: Belə deyim ki, nəinki bu ili, mən gənc olandan bəri “Gənclər Günü"nü özümə bir bayram kimi görə bilmirəm. Çünki hər il ölkədə olan bəzi problemlər üzündən bunu görmək olmur. Əvvəl başqa sahədə idim, indi mədəniyyət sahəsindəyəm. Mədəniyyət sahəsində də bu qədər problemlərin içərisində çalışırsan, yenə sənin üçün xüsusi problem yaranır. Bu problemlərdən dolayı insan bayramı hiss eləmir, şəxsən mən hiss eləmirəm. Çox pessimist danışmaq istəmirəm. Amma, fakt budur və mən belə düşünürəm.

Amerikanın Səsi: Sizin teatr əsasən gənclərdən ibarətdir. Dövlət tərəfindən teatrınıza hansısa qayğı varmı?

Biz elə yenicə başlamışdıq ki, ilk qapımızı döyən polis oldu. Sonra tearımızı bağladılar. Sonra açıldı, sonra işığmızı, suyumuzu kəsdilər.

Elmin Bədəlov: Problemlər olmasın. Əslində insan arada düşünür ki, problem törədilməsin, onda qayğıya ehtiyac duymursan. Hər hansı problem yaradılmasın. Biz elə yenicə başlamışdıq ki, ilk qapımızı döyən polis oldu. Sonra tearımızı bağladılar. Sonra açıldı, sonra işığmızı, suyumuzu kəsdilər. Belə, gileylənmək kimi olmasın, sadəcə olaraq bu hadisələr baş verəndən sonra düşünürdüm ki, yaxşı biz nə yer istəyirik, nə hansısa bir dəstək istəyirik, sadəcə problem olnmasın. Belə şeylər düşünürdük. Hətta belə deyim ki, bizi festivallara dəvət edirlər, gənclərin festivallarına, Gürcüstanda ,Fransada olmuşuq, hətta İranda festivalda olmuşuq. Bu yaxınlarda İtaliyada keçiriləcək bir festivaal dəvət almışıq. Mən hər dəfə sərhədi keçəndə saxlanılıram. Səbəbini bilmirəm. Onlar haraya getdiyimi soruşur. Ayaqqabının içinədək yoxlayırlar. Sonra buraxırlar. Belə deyim ki, gəncə qarşı bu münasibəti görürəm. Bunu bir az başa düşməkdə çətinlik çəkirəm.

Amerikanın Səsi: Ümumiyyətlə gənc nəsli indi daha çox nə maraqlandırır? Gənclər tamaşalarınıza maraq göstərirmi?

Artıq gənclik ənənəvi klassik teatra və tamaşalara getmək istəmir.

Elmin Bədəlov: Son zamanlar daha çox bizə müraciət edənlərin, tamaşalarımıza gələnlərin əksəriyyəti gənclərdir. Onlar arasında yaşlı nəslin nümayəndələri də olur. Amma, çoxluq gənclər təşkil edir. Əslində biz teatrı yaradanda da, bu çoxluğu gənclər təşkil edirdi. Onların marağı müasir tamaşalaradı. Çünki artıq gənclik ənənəvi klassik teatra və tamaşalara getmək istəmirlər. Teatrlara mütamadi olaraq gedirəm və baxıram ki, artıq gənc nəsil tamaşalara gəlib baxmır. Hətta bunu özümüzdə də müşahidə eləmişəm. Tamaşalar daha modern üslubda olduqca, daha yeniləndikcə bu onların diqqətinə səbəb olur. İndiki gənclər daha çox yenilik istəyir. Çünki onlar artıq standart, eyni şeyləri görməkdən yorulublar. Biz də çalışırıq ki, müəyyən mənada bu məsələləri təmin edək.

Amerikanın Səsi: İndiki gənclərə bir sözünüz varmı? Necə görmək istərdiniz indiki gəncləri?

Gəncləri azad ruhlu görmək istəyirəm.

Elmin Bədəlov: Hər bir insanı, eyni zamanda gəncləri azad ruhlu görmək istəyirəm.Təbii, bu azadlıq bir şeydən ibarət deyil. Mən onu bir mənaya yozmaq istəmirəm. Ümumi mənada onların işlərində, yaradıcılıqlarında, geyim tərzlərində, insanlara münasibətlərində mən onları azad və müasir görmək istəyirəm. Təbii son illərdə bu artmağa doğru gedir. Amma bu surət o qədər də yaxşı deyil. Mən istərdim ki, onların mədənəiyyətə, incəsənətə, teatra marağı daha da artsın. Onların yaratma gücü daha çox olsun. Bunu öz şəxslərində yox, şəxsi geyimlərində yox, şəxsi işlərində yox, ümumi cəmiyyət üçün yararlı olmaq, cəmiyyət üçün müasir incəsənət yaratmaqda davamlı olmalarını istəyərdim.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG