Accessibility links

Bakıda “Fantaziya” festivalı olacaq


Bakının mədəni irsinin qorunub saxlanması məqsədilə noyabrın 1-dən 10-dək "Fantaziya" festivalı keçiriləcək. Tədbir Avropa İttifaqının Bakıdakı nümayəndəliyi tərəfindən təşkil edilib.

Sentyabrın 19-da mətbuat konfransında çıxış edən nümayəndəliyin rəhbəri Kyastutis Yankauskas bildirib ki, festivalda Aİ-yə üzv ölkələrin - Almaniya, Fransa, Yunanıstan, Polşa, Xorvatiya, Niderland, Macarıstan səfirlikləri tərəfdaş olacaq.

Festival çərçivəsində konsertlər, ekskursiyalar, seminarlar, film nümayişi, müsabiqələr təşkil ediləcək.

Festivalın adı Bakıdakı XIX əsrin sonlarında tikilmiş və Şərq və Qərb üslubunu birləşdirən memarlıq nümunəsi olan "Fantaziya" hamamından alıb.

K.Yankauskas həmçinin bildirib ki, Avropada 2018-ci il mədəni irs ili elan edilib və buna görə Bakıda belə bir festivalın keçirilməsi təsadüfi deyil.

"Tədbir əhalinin mədəni irsin qorunub saxlanmasına marağının artırılmasına yönəlib. Azərbaycan Aİ-yə tərəfdaş ölkədir. Burada gözəl mədəni irs abidələri var. Hər bir köhnə şəhər yeni şəhərin simasını təşkil edir və bütün bunları qorumaq lazımdır".

Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez öz növbəsində bildirib ki, ölkəsi mədəni irsə xüsusi diqqət yetirir və buna görə festival çərçivəsində gənc Fransa memarları Bakıya gələcək.

Niderland səfiri Onno Kravers qeyd edib ki, Bakı ildən ilə yenilənir, amma Azərbaycanın paytaxtında İçəri şəhər kimi çox sayda mədəni irs abidəsi var və onların qorunub saxlanılmasına diqqət yetirilir. Xüsusən, səfirlik Bakının keçmişini və gələcəyini əks etdirəcək ağ-qara şəkillər foto-sərgisi təşkil edir.

XS
SM
MD
LG