Accessibility links

Bakıda Metropoliten Operanın “Samson və Dalila” tamaşası nümayiş olunub [Video]


Metropoliten Operanın “Samson və Dalila” tamaşası Bakıda nümayiş olunub
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Metropoliten Operanın “Samson və Dalila” tamaşası Bakıda nümayiş olunub

Elina Qarança – Dalila, Robero Alaniya – Samson və azərbaycanlı Elçin Əzizov - Abimeleç rollarinda çıxış edirl

Metropoliten Operanın Fransa bəstəkarı, Kamil Sen Sansın məşhur “Samson və Dalila” operası Bakıda "Park Cinema Fleym Tauers"də numayiş olunub.

Bu nümayiş "Park Cinema" şəbəkəsi və Sıx əlaqələr Sənət Assosasiyasının, eləcə də ABŞ-ın Bakıdakı Səfirliyinin dəstəyi ilə təqdim olunub.

"Park Cinema"nın marketinq departamentinin direktoru Vəfa Əsədova qeyd edib ki, məşhur opera Nyu York şəhərində göstərilib.

Metropoliten Operanın təsirli “Samson və Dalila” tamaşası məşhur opera ulduzlarının iştirakı ilə qurulub: Belə ki, Elina Qarança - Dalila, Robero Alaniya - Samson və azərbaycanlı Elçin Əzizov - Abimeleç rollarinda çıxış edir.

Nyu York şəhərində yerləşən Metropoliten Opera tamaşalarının dünya üzrə nümayişi ənənəsi 2006-cı ildən başlayıb, layihədə 70 ölkə iştirak edib.

MET-in peşəkar tamaşaları hər yerdə yeni tamaşaçılara təqdim olunur.

XS
SM
MD
LG